Xəbər lenti
Tofiq Yaqublu:"Burdan ya azadlığa çıxacam, ya da burdan meyidim çıxacaq"
Həbsdə olan Tofiq Yaqublunun qızı Nigar Həzi bu gün atasına baş çəkib.
Manevr.az xəbər verir ki, çətinliklə görüşə nail olan N.Həzi artıq 9 -cu gündür aclıq aksiyasını davam etdirən məhbusun vəziyyətinin get-gedə ağırlaşdığını bildirib:
"Çox pisdir halı. Bütün sümüklərinin sızıldadığını və güclə yeridiyini bildirdi. Görüşə gələndə səndərləyə-səndərləyə gəlirdi. Dəhşət baş ağrılarının və başgicəllənmələrinin olduğunu bildirdi".
Onun sözlərinə görə T.Yaqublu ayağa güclə qalxır:
"Ayağa güclə qalxıram. İndi görüşə gələndə qolumdan tuta-tuta gətirdilər. Gəlib mənə deyirlər ki, pandemiyaya görə görüşə gələnləri bir-bir buraxırıq. Mən bilirdim ki, siz saat 10-un yarısından buradasınız. Ona görə də güclə olsa da ayağa durub, məni çağıracaqlarını gözlədim. 30 dəq ayaqüstə gözlədim. Ancaq məni görüşə çıxarmırdılar. Qapını yumruqla bərk-bərk döyməyə başladım. Birdən huşumu itirdim. Çarpayının üstə yıxıldım. Həkim gəlib tez müayinə etdi. Bir müddət keçəndən sonra özümə gəldim. Təzyiqim 60-90 idi. Artıq sürətlə zəifləyirəm. Hər gün azı 700q çəki itirirəm. Aclığın 9-cu günü olsa da özümü 15-ci günündəki kimi hiss edirəm. Ancaq iradəm möhkəmdir. Bu işin zarafatı yox. Buradan mən ya AZADLIĞA çıxacam, ya da ki, buradan mənim meyidim çıxacaq! Həbsimə etiraz olaraq aksiyada iştirak edən hər kəsə təşəkkürünü bildirirəm".
N. Həzi atasının ona dəstək olan hər kəsə minnətdarlığını bildirdiyini vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar