Xəbər lenti
Polkovnik: Erməni diversiya qrupunun zabitinin bu formada ələ keçirilməsi...
"Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhdinin səbəbi aydındır. Erməni diversiya qrupunun komandiri ələ keçirilib".
Manevr.az bildirir ki, bunu milli.az-a müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, Azərbaycan tərəfinin təmas xəttində quraşdırılan müasir texniki müşahidə avadanlığı düşmənin təxribatını əvvəldən izləməyə imkan verir:
"Bu haqda biz artıq real faktlarla və düşmənin diversiya-kəşfiyyat qrupunun üzvü ilə bu məsələləri real şəkildə aydınlaşdıra bilərik. Sizə deyim ki, cəbhə bölgəsində düşmənin çoxsaylı təxribat xarakterli addımlarının qarşısı alınır və demək olar ki, bütün istiqamətlərdə bu kimi təxribat cəhdləri vaxtaşırı olur. Sadəcə Azərbaycanda təmas xəttində quraşdırılan müasir texniki müşahidə avadanlığı düşmənin təxribatını başlanğıcdan izləməyə, müşahdə etməyə imkan verir və qarşısı alınır. Bu fakt sadəcə onunla bağlıdır ki, əlimizə keçən erməni diversiya qrupunun zabitidir. Bu, bir daha göstərir ki, düşmən daim təxribat törətməyə istiqamət axtarır. Düşmən daim təmas xəttində "işləyir". Dəfələrlə dediyimiz kimi, Azərbaycan ordusunun bölmələri təmas xəttində olan həm müasir texniki müşahidə təminatının nəticəsində, həm də özlərinin profesionallıq, ayıq-sayıqlıqları nəticəsində düşmənin təxribatının inkişafına və yaxud təxribatının həyata keçirilməsinə imkan vermir".
Ehtiyatda olan polkovnik qeyd edib ki, düşmənin diversiya-kəşfiyyat qrupu havanın kəskin pisləşməsindən istifadə etməyə çalışsalar da niyyətlərinə çatmayıblar:
"Hava şəraiti gördüyünüz kimi, orada sərtləşmişdi. Ola bilsin ki, hava şəraitini belə bir vəziyyətdə nəzərə alaraq səhər çağı onlar elə biliblər ki, bizim əsgərlərimizin ayıq-sayıqlığı müəyyən bir şəkildə havaya görə məhdudlaşacaq və tərəflərindən planlaşdırılmış istiqamətdə təxribat törətmək, bir daha vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. O biri tərəfdən də bilirik ki, kəşfiyyat tədbirləri, məlumat toplama tədbirləri hər iki tərəfdən daim davam edir. Sadəcə erməni diversiya qrupunun zabitinin bu formada ələ keçirilməsi onu göstərir ki, ermənilər konkret olaraq hansısa tapşırıq alaraq bizim ön xətdən içəridə konkret hədəf seçmişdilər. Mənə elə gəlir ki, bu, hələlik məxfi məlumatlardır. O qrupun üzvünü dindirərək müəyyən məlumatlar əldə olunacaq və ondan sonra bu təxribat qrupunun hansı istiqamətdə, hansı məqsədlə, nə etməyi planlaşdırdıqlarına aydınlıq gətiriləcək. Bu vəziyyətdə sadəcə bunu demək olar ki, düşmən heç vaxt öz niyyətindən əl çəkmir. Onlar üçün gərginlik lazımdır, o ya bu istiqamətdə. Tovuzda alınmadı, indi cəbhə bölgəsində istiqamətlər axtarırlar. Ermənistan hakimiyyəti birinci növbədə Tovuz təxribatı formasında vəziyyəti gərginləşdirib, daxili sosial və digər problemlərdən cəmiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır".
Şair Ramaldanov Azərbaycana qarşı bu formada təxribat törətməyin asan olmayacağını bildirib:
"Azərbaycan Respublikasının müdafiə naziri dəfələrə öz çıxışlarında ordumuza düşmən təxribatının qarşısını vaxtında və qətiyyətli almaq üçün lazımi tapşırıqlar verib. Nəticəsini də biz indi görürük. Əlbəttə, düşünürəm ki, bununla qurtarmayacaq. Ancaq düşmənin diversiya qrupunun zabitinin Azərbaycan hərbiçiləri tərəfindən ələ keçirilməsi düşməni bir daha düşünməyə vadar edəcək və başa düşəcək ki, Azərbaycana qarşı bu formada təxribat törətmək asan olmayacaq. Düşmən kəşfiyyatçısının ələ keçməsi erməni diversiya qruplarının peşəkarlıq səviyyəsindən xəbər verir. Çünki yetərli qədər peşəkar olsaydılar bəlkə də hədəflərinə çata bilərdilər. Deməli, bizim əsgərlərin, orada dayanan hərbiçilərin, orada duran heyətin ayıq-sayıqlığı və profesionallığı düşməndən üstündür və bu da bizi məmnun etməyə bilməz. Bundan sonra da bütün təxribatların qarşısı alınacaq deyə bu bizə bir zəmanət verir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar