Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc şair deputatlıq iddiasında: "Valeh Ələsgərovdan qalmış bütün problemləri həll edəcəyəm"

Tarix: 25-11-2019 20:11     Baxış: 2315 A- / A+
Gənc şair deputatlıq iddiasında: "Valeh Ələsgərovdan qalmış bütün problemləri həll edəcəyəm"


AYB üzvü, Prezident təqaüdçüsü, tanınmış şair-publisist Tural Turan növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Şair 102 saylı Samux-Şəmkir seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib:

"Bələdiyyə seçkilərində təcrübəm olduğu üçün gələn il parlament seçkilərində namizəd olmağı düşünürəm.

2020-ci ilin parlament seçkilərində 102 saylı Samux-Şəmkir seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm. Təbii ki, müstəqil namizəd kimi...

Artıq bunun üçün yol da göründü. Ölkə başçısı İlham Əliyev bizim dairənin deputatını başqa bir vəzifəyə göndərdi. Valeh müəllim 2005-ci ildən bizim dairənin deputatıdır. Artıq mandat boşdur.

Prezidentin sərəncamı ilə dairəmizin deputatı Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edildi. Təbii ki, Valeh müəllimə öz işində uğurlar arzulayıram!

Deputat seçiləcəyim təqdirdə sonuncu dəfə 1985-ci ildə təmir olunan kəndimizin yollarını abadlaşdıracağam. Seçildiyim dairədə kəndlərin abadlaşdırılması üçün əlimdən gələni edəcəyəm.

Şəhidlərin xatirəsinin əbədləşdirilməsi üçün işlər aparacağam. Kənd təsərrüfatında su təminatını yaxşılaşdırmaq üçün hökumətə hazırladığım layihələri təqdim edəcəyəm.

Onların icrası üçün nə lazımdırsa, həll etməyə çalışacağam. Kəndlərdə gənclərin asudə vaxtlarının təşkili üçün ictimai iaşə mərkəzlərinin yaradılması ilə bağlı təşəbbüs göstərəcəyəm. Hazırda bu, bizim dairədə böyük problemdir və gənclər durmadan pis vərdişlərə sürükləndirilir.

Seçildiyim dairədə həmişə bilikli, xüsusi istedadlı və yaradıcı gənclərin yanında olacağam!

Ümid edirəm ki, dairəmizin seçiciləri etimad göstərəcəkləri təqdirdə Valeh Ələsgərovun dövründən qalan bütün problemlərin öhdəsindən ləyaqətlə gələcəyik. Bəli, təkbaşına yox, seçicilərimlə birgə, bütün problemlərin həllinə çalışacağıq!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar