Xəbər lenti
Türk düşmənlərinin Xocalı soyqırımına aid şəkillərdən istifadə cəhdi ifşa olunub
Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərət çayının şərqində başladığı “Barış Pınarı" antiterror əməliyyatı haqqında dünya ictimaiyyətində yanlış fikir formalaşdırmaqda maraqlı olan düşmən qüvvələr sosial şəbəkədə saxta məlumatlar yaymağa başlayıblar.
Bu səpkili məlumatların birində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımına aid orijinal fotodan istifadə olunub. Sosial şəbəkə izləyicilərini aldatmağa çalışaraq yazıblar ki, guya bu fotolar Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” və “Fərat qalxanı” antiterror əməliyyatları zamanı çəkilib. Türkiyə KİV-ləri fotoların Xocalı soyqırımına aid olduğu barədə məlumat yayaraq yalanı ifşa ediblər.Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar