Xəbər lenti
Qarabağın həlli ilə bağlı yaxında ciddi işlər görüləcək - Nazir
Bakıda Ermənistanın yeni rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün məsuliyyətli addımlar gözlənilir.
Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Nezavisimaya qazeta"da dərc olunan məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası yolu ilə respublikanın suverenliyi və sərhədləri beynəlxalq səviyyədə tanınsın:
"Bu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dinc və təhlükəsizlik mövcudluğunu təmin etməyə imkan verəcək. Sülh, çiçəklənmə və əməkdaşlıq şəraitində hər iki icma bölgənin cari və gələcək məsələlərini birgə həll edə biləcək və bu, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin, eləcə də regionda sülhün və təhlükəsizliyin bərqərar olunması üçün əsas verəcək.
E.Məmmədyarov əlavə edib ki, münaqişənin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək və bununla da danışıqların imitasiyasına yox, real danışıqlar prosesinə start veriləcək.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar