Xəbər lenti
Xocalı faciəsi ilə bağlı qanun layihəsi hazırlanır
“Xocalı faciəsinin törədilməsindən 25 il ötür. Bununla bağlı yeni qanun layihəsi hazırlanır”.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.
MM-in sədr müavini “Xocalı faciəsi ilə bağlı ədalət məhkəməsinin təmin olunması” mövzusunda çıxış edib.
B.Muradova qeyd edib ki, soyqırıma məruz qalmış insanlarla bağlı yeni qanun layihəsi hazırlanır: “Nəzərdə tutuduğumuz qanun layihəsini Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim edə biləcəyik”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin hazırlanmasının vacib olduğunu vurğulayıb.
Deputat Azay Quliyev çıxışında bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil edilməsidir.(AzVision.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar