Xəbər lenti
Polisə atəş açan hərbçiyə hökm oxundu
Manevr.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayət əməli sübuta yetirilib və hökm oxunub.
Hökmə əsasən, N.A. 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, təqsirləndirilən N.A. xarici ölkədə fəaliyyət göstərdiyi iddia edilən, silahlı hücumlar, qətllər, soyğunçuluq və quldurluq kimi cinayətlər törədən, sosial platformalar üzərindən idarə olunan cinayətkar birliyin üzvləri ilə əlaqə qurmağa çalışıb. O, cinayətkar birliyin bir neçə üzvü ilə sosial şəbəkə vasitəsilə mütəmadi yazışıb və birliyə əyani şəkildə qoşulmaq istəyib.
N.A. silah-sursat götürərək hərbi hissəni tərk edib. O, yanlış istiqamətdə hərəkət edərək silahını yoxlamaq məqsədilə havaya atəş açıb. Daha sonra cinayətkar birliyə qoşulmaq üçün sosial şəbəkədə tanış olduğu şəxslərlə əlaqə saxlayıb və danışıq zamanı yenidən havaya atəş açıb.
Həmin ərazinin yaxınlığında xidmət aparan polis əməkdaşları ona yaxınlaşsalar da, N.A. onların əmrinə tabe olmayıb. Yaxınlaşmalarına mane olmaq məqsədilə avtomat silahdan əvvəlcə havaya, daha sonra isə polis əməkdaşı istiqamətində yerə çox sayda atəş açıb. Bununla da zor tətbiq etməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərib.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və keçirilən əməliyyat nəticəsində N.A. saxlanılıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1, 29, 218.2, 228.1, 232.1, 315 və 334.1-ci maddələri ilə təqsirli bilinib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























