Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvana gedən azərbaycanlı qızdan tənqidçilərinə AĞIR SÖZLƏR - "Ağzınızdan zir-zibil tökülür"

Tarix: 22-11-2016 13:39     Baxış: 5373 A- / A+
İrəvana gedən azərbaycanlı qızdan tənqidçilərinə AĞIR SÖZLƏR


Ermənistanda iştirak etdiyi bir toy məclisindən paylaşdığı görüntüylə tənqid hədəfinə çevrilən azərbaycanlı stilist Nazilə Mehdiyeva haqqında söylənilənlərə sərt şəkildə reaksiya verib.

Manevr.az-ın məlumatına görə erməni həmkarı Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak edən Mehdiyeva Rusiyada doğulduğunu və həm Azərbaycana, həm də Ermənistana gedib gəlmək hüququnun olduğunu söyləyib.

Rusiya vətəndaşı olduğunu yazan stilist İrəvana getməsinin şişirdilməsinə əsəbləşib:

"Bəli, qanım təmiz azərbaycanlı qanıdır. Amma rəfiqəmin toyuna getməyim sizi niyə bu qədər narahat edir? İdmançılar, siyasətçilər İrəvana gedəndə niyə susursunuz. Öz fikriniz olsun, siyasətdən asılı olmayın".

Mehdiyeva daha sonra İrəvandakı toyda iştirakına belə don geyindirməyə çalışıb:

"Sizin əsgərlərinizi şəxsən o öldürüb? Bəsdirin, biz sakitlik, xalqımız arasında sülh istəyirik. Məni tanımadan ləkələyirsiz. Öz yazdıqlarınızı özünüz oxuyun. Mən Ermənistana getdim deyə pis oldum, siz yaxşı? Ağzınızdan zir-zibil tökülür".

Xatırladaq ki, N.Mehdiyevanın Ermənistandakı toy məclisində iştirakı sosial şəbəkədə və mətbuatda tənqidlərə səbəb olub.(ölkə.az)

İrəvana gedən azərbaycanlı qızdan tənqidçilərinə AĞIR SÖZLƏR
İrəvana gedən azərbaycanlı qızdan tənqidçilərinə AĞIR SÖZLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar