Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bizdə elə maşın nömrələri var ki, polis onlara yaxınlaşmağa qorxur”

Tarix: 16-11-2016 18:22     Baxış: 4414 A- / A+
“Bizdə elə maşın nömrələri var ki, polis onlara yaxınlaşmağa qorxur”


“İndi qocalmışam. Gün o gün olsun ki, Bakı- Astara yolunun tam açılmasını görüm. Uzun illərdir ki, bu yolda hissə-hissə təmir gedir. Ancaq əgər biz yollarda ölümün qarşısını almaq istəyiriksə, sürücülük vəsiqəsinin satılmasının qarşısını alımalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Araz Əlizadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yollarda qəza hadisələrinin sayının çox olması probleminə toxunarkən deyib. O qeyd edib ki, hazırda yollarda cavanlar tüğyan edirlər: “Bizdə xüsusi maşın nömrələri var ki, onlara polis yaxınlaşmağa qorxur. Onlar ləğv edilməlidir. Bəzi region nömərləri var ki, polis onlara da yaxınlaşmağa qorxur. Onlar da ləğv edilməlidir. Bunlar ləğv edilmədikcə, necə yol çəkilir çəkilsin, qəzalar yenə də baş verəcək”.

Millət vəkili Elmira Axundova da həmkarının fikrini dəstəkləyib. O qeyd edib ki, bu qədər işlər görülməsinə baxmayaraq yollarımızda biabırçı vəziyyət müşahidə olunur: “Bu, dəhşətdir. Bizdə Qarabağ müharibəsində 30 minə yaxın adam həlak olub. Həmin bu ildən sonra isə 50 min nəfər yollarda ölüb. Bu yaxınlarda 3 nəfər turist həlak olub. Camaat bura ölməyə gəlmir ki... Mən çox həyəcan keçirirəm. Bizim yollarımızda pis vəziyyət var. Bununla bağlı qanun layihəsi hazırlanmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar