Xəbər lenti
Aprel döyüşlərində vuruşan Qoşqar Hacıyevin vəziyyəti pisləşib

Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib.
Manevr.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə EGE Hospitalın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli sosial şəbəkə hesabında yazaraq məlumat yayıb. O bildirib ki, qazi təcili olaraq Hospitala yerləşdirilib:
"Aprel döyüşlərində qəhrəmancasına vuruşaraq başından ağır qəlpə yaraları almış, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib və təcili olaraq Bakıda fəaliyyət göstərən EGE Hospitala yerləşdirilib.
Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib. Qarabağ qazisi EGE Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri Neyrocərrah Dos. Dr. Özkan Tehli və Anestezioloq-Reanimatoloq Uzm. Dr. Serkan Şenkal tərəfindən ciddi müalicə nəzarətindədir.
Qeyd edək ki, Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsinin öncə Türkiyədə GATA-da davam etdirilməsi üçün müvafiq işlərə başlanılsa da, GATA-nın yüksək ixtisaslı mütəxəssislərinin Bakıda fəaliyyət göstərən EGE Hospitala çalışdıqları üçün Türkiyəyə göndərilməsinə ehtiyac qalmayıb".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar