Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Oğlanlar yeniyetməlik dövründə intim əlaqədə olmasa, ailələr dağılacaq" - SENSASİON AÇIQLAMA

Tarix: 25-10-2018 13:12     Baxış: 3349 A- / A+
"Oğlanlar yeniyetməlik dövründə intim əlaqədə olmasa, ailələr dağılacaq" - SENSASİON AÇIQLAMA


Azərbacanda boşanmaların səbəblərindən danışılarkən ən çox sosial durum, məcburi evliliklər irəli çəkilir.

Manevr.az bildirir ki, a24.az-a müsahibə verən tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, əslində boşanmaların başlıca səbəbi cütlüklərin intim həyatının uzlaşmaması, daha doğrusu, yataq münasibətlərindəki kişi istəksizliyidir:

"Boşanmaların sayı artır. Mənim baxdığım tərəfdən belə görünür ki, ayrılıqlara səbəb kişi istəksizliyi, bacarıqsızlığıdır. Bu istəksizliyin əsas səbəbi də oğlan uşaqlarının infantiv böyüdülməsi, yeniyetmə dövründə cinsi təcrübə qazanmaması ilə bağlıdır. Oğlan uşaqları yeniyetmə dövründə cinsi təcrübə qazanmalıdır. 27-28 yaşına qədər kişinin cinsi əlaqədə olmaması onun psixologiyasına çox ciddi təsir göstərir. Uşaq 15, 16, 17, 18 yaşında cinsi yaxınlığını başlatmalıdır. Bu zaman o, prosesdə yaşadığı istənilən problemi aradan qaldıra bilir. Çünki 15-16 yaşında onun testesteron səviyyəsi o həddədir ki, həmin şəxs heç bir problem dinləmir. Birinci dəfə alınmasa, gedib ikinci, üçüncü dəfə də özünü yoxlayır. Amma 24-25 yaşlı bir oğlanda cinci əlaqə alınmasa, yaxud pis alındığını düşünsə, artıq o, bir daha cəhd etmir, bundan qorxur. Ondan sonra qarşısnıza 2 il evli olub heç cinsi əlaqə yaşamayan ailələr çıxacaq. Mən ailələr tanıyıram ki, bir övladları var, lakin qadın artıq 4-5 ildir ki, kişi üzü görmür, halbuki yanaşı yatırlar. Artıq qızlar bu problemləri heç öz analarına da danışmıralar".

Uroloqun fikrincə ailələrin cinsi həyatındakı uğursuzluqların əksəriyyəti kişi tərəfdən yaranır. "Azərbaycan qadınlarının cinsi temperamenti kifayət qədər yuxarıdır və bu bişi çox gözəl bacarırlar".

Uroloq sonda onu da qeyd edib ki, intim həyatları mövcud olmayan cütlüklər evliliklərini davam etdirməkdənsə, zamanında boşansalar daha yaxşıdır. Çünki belə münasibətlərin sonu adətən bədbəxtliklə bitir. Eyni zamanda bədbəxt ananın normal uşaq böyütməsi də inandırıcı görünmür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar