Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda uzunömürlülər nədən əziyyət çəkir?

Tarix: 13-09-2018 17:23     Baxış: 3347 A- / A+
Azərbaycanda uzunömürlülər nədən əziyyət çəkir?


Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkədəki uzunomürlülərin sağlamlığı ilə bağlı vəziyyəti dəyərləndirib.

Manevr.az xəbər verir ki, İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova trend-ə bildirib ki, tədqiq etdikləri uzunömürlülərdə alsheymer xəstəliyi qeydə alınmayıb. Bu da uzunömürlülərin beyin fəaliyyətinin qorunub saxlanmasından xəbər verir.
İnstitut direktoru qeyd edib ki, ölkədəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər: “Uzunömürlülər fenomendilər. Onlarda stressə davamlılıq çox yüksək səviyyədədir. Belə ki, son tədqiq etdiyimiz kişi uzunömürlülərin demək olar ki, əksəriyyəti Böyük Vətən Müharibəsinin ilk günlərindən sonadək döyüşənlərdir”.
U.Həşimova əlavə edib ki, ölkədə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var: “İlk öncə onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. İkinci səbəb irsi faktor, üçüncü səbəb ekoloji faktor və yaşam tərzidir. İrsi və ekoloji faktorlar adətən bir-birini şərtləndirir. Belə ki, uzunömürlülük ancaq qənaətbəxş ekoloji mühitdə nəsildən-nəslə ötürülür. Uzunömürlülərdə reproduktiv mərhələ xeyli uzun sürür. Məsələn, Lerik rayonunun dəniz səviyyəsindən 1600 m hündürlikdə yerləşən Qosmalyan kəndində yaşayan 96 yaşlı Müslüm Feyziyevin 8 yaşlı oğlu var idi”.
U.Həşimova deyib ki, uzunömürlü olmaq üçün yaşam tərzinin, qidalanmanın çox böyük əhəmiyyəti var.
Onun sözlərinə görə, uzunömürlülərin demək olar ki, əksəriyyəti inanclı insanlardır: “Onlar sinir sisteminin tipinə görə sanqviniklərdir. Onların özünəməxsus həyata baxışı var. Uzunömürlülərdə ölümün qaçılmazlığına və qocalma faktoruna qarşı güclü psixoloji müdafiə mövcuddur. Özünütənzimləmə mexanizmləri çox güclüdür.
Belə ki, bütün uzunömürlülərdə orqanizm “qənaət rejimində” fəaliyyət göstərir. Onlar qədərində qidalanır, hərəkət edir, ən çox süd məhsullarından və bitki çaylarından istifadə edirlər. Azərbaycanda başqa ölkələrlə müqayisədə ahıllara və qocalara olan ənənəvi münasibət, xüsusilə ağsaqqallıq institutu, onlara ailədə olan xüsusi diqqət və qayğı da uzunömürlülüyə rəvac verən əsas faktorlardan biridir”.
Direktor hazırda institut tərəfindən uzunömürlülərin həm irsi, həm də fizioloji göstəricilərinin, bu fenomenin molekulyar əsaslarının mexanizmlərinin öyrənildiyini də söyləyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar