Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət Baytarlıq Xidməti infeksion xəstəliklə bağlı fermerlərə müraciət edib

Tarix: 13-09-2018 12:38     Baxış: 3342 A- / A+
Dövlət Baytarlıq Xidməti infeksion xəstəliklə bağlı


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvanlar arasında yayıla bilən bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, bradzot itigedişli polibakterial toksikoinfeksiyalı (orqanizmin toksinlərlə zədələnməsi) olmaqla, heyvanların birdən-birə ölməsi, şirdan və onikibarmaq bağırsağın hemorragik iltihabı və mədə-bağırsaq sistemində qazların toplanması ilə səciyyələnən infeksion xəstəlikdir.

Xəstəliyin törədicisi torpaqda və su tutarlarının çöküntülərində yayılan klostridiya mikroblarıdır. Bu mikroorqanizmlərin müxtəlif tipləri insan və heyvanların müxtəlif xəstəliklərinə: insanlar yaman keyfiyyətli şişi və qanqrena, dovşancıq və botulizm, quzular anaerob dizanteriya və anaerob enterotoksemiya, iribuynuzlu heyvanlar hemorroji enterotoksemiya, nekrotiki enterit və hepatit, batsilyar hemoqlobinuriya, qoyunlarenterotoksemiya, bradzot,yaman keyfiyyətli şiş, camışlar osteomielit və s.səbəb olur.

Xəstəliyə cinsindən və yaşından asılı olmayaraq qoyunlar, əsasən 2 yaşa qədər kök heyvanlar daha həssasdır. Nadir hallarda keçilər də bu xəstəliyə tutulur. Bradzot ilin bütün fəsillərində, xüsusi ilə yaz və payız aylarında daha çox baş verir. Bradzot ildırımvari və iti gedişli olur. İldırımvari gediş zamanı kliniki sağlam görünən heyvanlarda qəfildən ölüm baş verir. Xəstəliyin iti gedişində heyvanlarda güclü sinir tutmaları, timpaniya, ağızdan və burundan köpüklü maye axır. Xəstəliyin gedişatında heyvanda temperatur 40.5-41oC-ə çatır, təngnəfəslik, boğulma, qanlı ishal və heyvanlar yerə yıxılaraq ətrafları ilə üzmə hərəkəti edirlər.

Ölmüş heyvanların cəsədlərində köpmə müşahidə edilir, tez çürüyür. Təbii dəliklərdən qanlı köpüklü maye axır. Mədə önlükləri yemlə, bağırsaqlarda qazla dolu olur. Köks və qarın boşluğunda qanlı maye olur. Ağciyər dolu qanlı, ürək əzələsi nisbətən boş, qan sağıntıları, dalaq az böyümüş, qaraciyərdə nekroz sahələri görünür.

Xəstəliyin ildırımvari formasında müalicə effekt vermir, lakin iti formada biometsin, terrometsin və sintometsin antibiotiklərindən istifadə edilərək müalicə aparılır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Xəstəlik baş verdikdə heyvanların yeri dəyişdirilməlidir, yemlənməsinə fikir verməli, köp verən yemlər və şehli otlaqda otarılmamalıdır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq heyvanları peyvəndləməyə cəlb etmək lazımdır. Bunun üçün hər il sağlam heyvanlar bradzot və digər xəstəliklər əleyhinə buraxılmış polivalent vaksinlə (koklavaks) təlimata uyğun peyvənd edilməlidir.

Bradzota qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.

Bradzot xəstəliyinə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar