Xəbər lenti
Çox “zaqar” qəbul etmək təhlükəlidir

Günəş şüalarının insan orqanizminə xeyirli təsiri olsa da, onu zərərli formada qəbul etmək də yolverilməzdir.
Manevr.az xəbər verir ki, bunu Trend-ə dermatoveneroloq Sevinc Kərimova bildirib. Onun sözlərinə görə, yay fəslində Günəş şüalarını qəbul edirəkən müəyyən nüanslara diqqət yetirmək lazımdır: “Məlumdur ki, dünyada müxtəlif dəri tipləri var. Azərbaycan əhalisi arasında daha çox 1, 2 və 3-cü dəri tiplərinə təsadüf olunur. Hər tip dərilər də öz növbəsində iki yerə - a və b-yə bölünür. Birinci a tipi saçı sarı, dərisi ağ, gözləri mavi, yaşıl, açıq rəngdə olan dəri tipləridir. Birinci b tipinə mənsub olanların dərisi ağ, saclarının rəngi açıq, gözlərinin rəngi qara və qəhvəyi ola bilər. İkinci a tip dərisi olanlar ağ dərili, amma saçı, qaşı, gözü qara rəngdə olanlardır. İkinci b tipi dərisi olanlar əsmər dərili, saçı, qaşı, gözü qəhvəyi və qara olanlardır”.
Həkim bildirib ki, uzunmüddət Günəş şüaları altında qalma bütün dəri tiplərinə mənfi təsir etsə də, daha çox 1-ci tip dərisi olanlar bundan zərər görürlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































