Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda eynəklərdən istifadə edənlərə XƏBƏRDARLIQ

Tarix: 19-05-2018 10:56     Baxış: 5468 A- / A+
Azərbaycanda eynəklərdən istifadə edənlərə XƏBƏRDARLIQ

Artıq havalar isinib və günəş şüaları gözlərimizi qamaşdırır. Bu səbəbdən gün eynəklərindən istifadə edənlərin və satışların sayı artıb.

Tülkü, dördbucaq, enli formalar, yumru modellər...
Sənətşünaslıq və fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova saytımıza danışarkən bu ilin gün eynəkləri dəbindən söz açıb:

"Son illər geyimdə olduğu kimi dəbə gələn bir çox nümunələr öz yerini qoruyub saxlayır. Gün eynəkləri də bu kateqoriyaya daxildir və dəbə gələn fərqli modellər olur. Bu gün çox ekstravaqant, üzün hardasa böyük hissəsini zəbt edən və ya çox balaca gün eynəkləri istehsal edilir. İnsanların öz üzlərinə yaraşan eynək seçimi etməyi mütləqdir. Əgər sən dəbdə olan eynəklərdən istifadə etsən, bəlkə də üz quruluşuna uyğun olmayacaq. Çünki qaş-göz duruşunun, üzün böyük və ya kiçik olmasının eynəyin gözəl yaraşmasında böyük rolu var. Bu gün eynəklərin gündəmdə olan müxtəlif formaları mövcuddur. Tülkü forması, dördbucaq enli formalar, demək olar ki, bir çox üz quruluşuna yaraşan, son illər aktual olan yumru modellər var. Ümumiyyətlə gün eynəkləri dəbində çeşid bolluğu müşahidə edilir".

"İnsan eynək taxmaqla kimisə təhqir etmir"

G.Xəlilova qeyd edib ki, əvvəllər eynəklərdən ancaq yay fəslində istifadə edilirdisə, indi onları bütün il boyu çantamızda daşıyırıq:

"Ona görə ki, eynəklər artıq aksesuardır və geyimi tamamlayan ayrılmaz hissə kimidir. Bəzən eynəyi taxan zaman tamamilə fərqli bir görünüş yaranır. Bu baxımdan eynəklər geyimlərin bir parçası hesab olunur. Digər tərəfdən heç kim qış fəslində gün eynəyindən istifadə etdiyinə görə kimisə qınaya bilməz. Kim istəyir payızda, qışda eynəkdən istifadə edir, hər hansı qadağadan söhbət gedə bilməz. İnsan eynəyi taxmaqla kimisə təhqir etmir. Bu normal bir şeydir. İnsana rahatdırsa, istifadə edir.

Amma tünd şüşəli eynəklər var və bunlar daha çox yaz-yay ayları üçün nəzərdə tutulub. Həmçinin açıq şüşəli eynəklər də mövcuddur. Bunlar məhz payız-qış aylarında istifadə edilən eynək formalarıdır. Əvvəllər ancaq tünd şüşəli eynəklər istehsal olunurdu. Lakin son zamanlar eynək dəbində fəsil fərqi olmadığı üçün istehsalçılar həm də payız-qış üçün nəzərdə tutulan eynəklər istehsal edirlər. Onların şüşələri açıq qəhvəyi, boz, xamelyon və bir çox rənglərin açıq tonlarında olur".

"Azərbaycanda gün eynəklərinin təxminən 80 faizi saxtadır"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, gün eynəkləri ilə bağlı problemlər təəssüf ki, hələ də qalmaqdadır:

"Bu gün də təəccüb edirəm ki, xüsusilə qadınlar qış aylarında qara eynək taxırlar. Mənim 71 yaşım var, heç vaxt qara eynək taxmamışam və 100 faiz də görməm var. Qara eynəklər insanların gözlərini korlaşdırır. Azərbaycana gətirilən qara eynəklər ucuz qiymətə, standarta uyğun olmayan məhsullardır və onları necə gəldi satırlar. Halbuki, qanuni hazırlanmış qara eynəklərin müəyyən testləri var. Bu testlər vasitəsilə eynəklər saxta olub-olmadığını bilmək mümkündür. Azərbaycanda gün eynəklərinin təxminən 80 faizi saxtadır. Yaxşı olar ki, gün eynəklərini hazırlıqlı göz həkimləri təyin etsinlər. Təəssüf ki, bu sahədə hazırlıqlı həkimlər də azdır".

Müsahibimiz bildirib ki, eynəyin brend olması keyfiyyət göstəricisi deyil:

"Alıcılar bilməlidilər ki, brend olan eynəklərin xüsusi testləri olur. Məsələn, poloroid eynəklərinin testlərində yol şəkli, avtomobil vardır ki, həmin eynəyi geyinərkən adi gözlə görünməyən bu cisimlər görünür. Testləri olmayan eynəklər keyfiyyətsiz eynəklərdir. İstehlakçılar eynək alarkən onun məişət sertfikatını, testinin olub-olmadığını soruşmalıdırlar.

Brend dükanlarda da saxta eynəklər ola bilər. Çünki bu sahədə demək olar ki, yoxlama getmir, göz həkimləri bu işə diqqət yetirmir. Əhalinin də eynək taxmaq mədəniyyətsizliyi var".

"Gün eynəkləri gözləri ultrabənövşəyi şüalardan müdafiə etməlidir"

Oftalmoloq Mahir Məmmədzadə qeyd edib ki, insanlar gün eynəyi almazdan qabaq həkim müayinəsindən keçməli və gözdə hər hansı qüsurun olub-olmaması aşkar edilməlidir:

"Gün eynəyi sadə, yaxud dərəcəli ola bilər. Tutaq ki, bir insanın görmə qüsuru yoxdursa, eynəyi sadəcə günəşdən qorunmaq üçün istifadə etmək istəyirsə, onun materialına, üzərindəki örtüyə diqqət etməlidir. Material plastikdən və ya şüşədən ola bilər. Lakin satışda olan eynəklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şüalarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir".

M.Məmmədzadənin sözlərinə görə, maşın sürən, minik avtomobilindən istifadə edən insanlara şüşə materiallı eynəklərdən istifadə heç də qənaətbəxş deyil:

"Gün eynəklərinin tündlülük dərəcəsinə də fikir vermək lazımdır. Yüksək tündləşmə o qədər də məsləhət deyil. Gün eynəkləri gözləri ultrabənövşəyi şüalardan müdafiə etməlidir. Ultrabənövşəyi şüaların qorunma faizini müəyyən etmək üçün optikalarda xüsusi aparatlar olur".modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar