Xəbər lenti
“Nə qədər ki, Eldar Mahmudov azadlıqdadır, Akif Çovdarov hökuməti şantaj edəcək”
Bunu Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu virtualaz.org saytına açıqlamasında deyib. Onun sözlərinə görə, Akif Çovdarovun vəziyyəti suya düşmüş şəxsin saman çöpündən yapışmasına bənzəyir, amma bu ona kömək edən deyil.
"Bu insan bütün sərhədləri keçir və xüsusi xidmət orqanları zabitinin kodeksini pozur. Görünür ki, o, yalnız öz adından deyil, həm də keçmiş şefi Eldar Mahmudovun adından bu cür çıxışlar edir. Onların ikisi də şantaj etmək üzrə ustadırlar. Nə qədər ki, Eldar Mahmudov həbs edilməyəcək, Akif Çovdarov və onun başqa şərikləri belə çirkin işlərlə məşğul olmağa davam edəcəklər. Bütün bunlar o vaxt qurtaracaq ki, Eldar Mahmudov layiq olduğu yerdə - dəmir barmaqlıqlar arxasında əyləşəcək”.
Keçmiş MTN-in əməkdaşı, polkovnik-leytenant İlham İsmayıl Akif Çovdarovun ölkənin strateji idarəsində təsadüfi adam olduğunu deyib: "Bu adam peşəkar deyildi, operativ əməliyyatların keçirilməsində heç bir təcrübəsi yox idi".
MTN-in sabiq əməkdaşlarının sözlərinə görə, xüsusi xidmət orqanının yüksək rütbəli şəxsi bu cür primitiv şantaj üsullarına əl atmaz: “Bu bir daha onun MTN sıralarında təsadüfi adam olmasını göstərir. Elə düşünür ki, bununla cəzası yüngülləşər, amma anlamır ki, öz vəziyyətini ağırlaşdırır. Əgər o, agentlərin adlarını açacaqsa, bunun məsuliyyəti də onun üzərinə düşəcək. Təəssüflər olsun ki, Çovdarov kimi təsadüfi adamlar bizim xüsusi xidmət orqanlarımızı məhv edirdilər".
İ.İsmayıl həmçinin qeyd edib ki, Eldar Mahmudov həbs olunmayana qədər Akif Çovdarov məhkəməni şantaj etməkdə davam edəcək: ”Görünür ki, Eldar Mahmudovun qanqster dəstəsi bu cür üsullarla məsuliyyətdən yayınmağa cəhd edirlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar