Sizin Reklam Burada
Xəbər lenti
20-09-2026
19-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə Şəhər Gününə həsr olunmuş konsert keçirilib

Tarix: 20-09-2026 18:33     Baxış: 338 A- / A+
Xankəndidə Şəhər Gününə həsr olunmuş konsert keçirilibSentyabrın 20-də Xankəndi şəhərində Xankəndi, Xocalı və Ağdərə günləri münasibətilə konsert proqramı keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Xankəndi, Xocalı və Ağdərəyə dair hazırlanmış videoçarxı izləyiblər. Sonra tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlayıb.
Konsertdə Azərbaycanın Xalq artistləri və tanınmış müğənniləri səhnə alaraq, seçilmiş musiqi nümunələrini ifa ediblər. Mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Xankəndi, Xocalı və Ağdərə günləri ilə bağlı keçirilən tədbirlər həmin ərazilərin tarixi-mədəni irsinin, milli dəyərlərinin və müasir inkişafının diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konsert atəşfəşanlıqla başa çatacaq.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar