Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Şamaxıda Üzüm və Şərab Festivalı başladı - Fotolar

Tarix: 19-09-2026 19:12     Baxış: 333 A- / A+

Sentyabrın 19-da Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb.
Manevr.az xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilir.
Artıq 5-ci dəfə təşkil olunan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılması, regionun turizm imkanlarının genişlənməsinə töhfə verməkdir.
Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif brendlər öz üzüm məhsullarını təqdim edir.
Ziyarətçilər üzümçülük və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif əyləncə və şou proqramlarını izləyirlər.
Gün ərzində müxtəlif yaş qrupları üçün əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatacaq. Qonaqlar müxtəlif müsabiqə və viktorinalarda iştirak edəcəklər. Həmçinin ziyarətçilər müxtəlif təqdimatlar, interaktiv şoular, konsert proqramları da izləyə biləcəklər.
Axşam saatlarınadək davam edəcək festivalın ilk günündə sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Joseph U.O, eləcə də DJ Kamonun çıxışları olacaq.
Üzüm və Şərab Festivalı sentyabrın 20-dək davam edəcək.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar