Sizin Reklam Burada
Xəbər lenti
09-10-2026
08-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri Qarabağ, Naxçıvan və Xəzərdə təlim keçirəcək

Tarix: 18-09-2026 17:44     Baxış: 480 A- / A+


Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri Qarabağ, Naxçıvan və Xəzərdə təlim keçirəcək
Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunacaq.
Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçiriləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.
Təlimdə iştirak etmək məqsədilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəliblər.
Müvafiq plana uyğun olaraq, şəxsi heyətin yerləşdirilməsi və digər təşkilati məsələlərlə bağlı lazımi tədbirlər icra olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar