Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan Kərki kəndi ilə bağlı KRİTİK XƏBƏRDARLIQ

Tarix: 11-09-2026 15:07     Baxış: 428 A- / A+


 
Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə Kərki (Taqranaşen) kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunaraq, bu prosese qarşı çıxan qüvvələrə kəskin xəbərdarlıq edib.

Manevr.az musavat.com xəbər verir ki, Ermənistan rəhbəri Kərkinin Azərbaycana təhvil verilməsinə imkan verməyəcəklərini bəyan edən şəxslərin regionda yeni müharibəni təhrik etdiklərini bildirib. 

Paşinyan problemin necə həll olunacağı məsələsinə aydınlıq gətirərək vurğulayıb ki, mövcud reallıqları və faktları təsbit etmək bir məsələdirsə, yerlərdə konkret həll yolları tapmaq tamamilə fərqli bir mərhələdir.

Baş nazir hazırda bu mövzuda rəsmi bir razılaşmanın olmadığını diqqətə çatdırıb. Hökumətin əsas məqsədinin bu məsələ ətrafında yaradılmış gərgin və "əsəbi" atmosferi aradan qaldırmaq, eləcə də rasional həll yollarına nail olmaq olduğunu qeyd edən Paşinyan, Kərki ətrafında eskalasiya riskini gördüyünü və məhz bunun qarşısını əvvəlcədən almaq üçün bu həqiqətləri açıq şəkildə bəyan etdiyini bildirib. 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar