Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstan generalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

Tarix: 23-05-2026 17:18     Baxış: 332 A- / A+


Qazaxıstan generalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlibQazaxıstan Respublikası Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Qazaxıstanlı qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Qazaxıstan nümayəndə heyətinə universitetin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərb Oyunları Mərkəzini, Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edərək yaradılmış şəraitlə tanış olub.
Ziyarət zamanı təhsil müəssisələrinin ərazisində mövcud olan Heydər Əliyev muzeyində qonaqlara Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri xatirə kitabına ürək sözlərini yazıb.
Zəfər Muzeyini ziyarət edən qonaqların diqqətinə Vətən müharibəsi zamanı qazanılmış tarixi qələbənin əhəmiyyəti çatdırılıb.
Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar