Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq

Tarix: 23-05-2026 14:12     Baxış: 3106 A- / A+


Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yeni milli parkların yaradılması istiqamətində işlər aparılır.
Manevr.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, yaxın gələcəkdə 10 min hektarlarla ərazini əhatə edən yeni milli parkların yaradılmasının şahidi olacağıq: "Çox böyük ərazilərdir. Ərazilərin seçilməsi zamanı biz əsasən çalışdıq ki, daha çox təbiətin zənginliyi mövcud olan, heyvanat aləminin müxtəlifliyi ilə seçilən əraziləri əhatə edək."
Rəşad İsmayılov qeyd edib ki, 2025-ci ildə Azərbaycanda yeni iki milli park yaradılıb: "İlisu Milli Parkı İlisu qoruğunun bazasında yaradılıb, digəri isə Axar-Baxar Milli Parkıdır. Axar-Baxar tamamilə yeni - əvvəlcə hər hansı bir yasaqlıq və ya qoruq olmayan ərazilərdə yaradılıb. Bu, onun göstəricisidir ki, biz artıq yeni ərazilərin zənginliyini araşdırırıq və onların mühafizə rejimini artırmağa çalışırıq. Ərazilər həm cəlbedici adı, həm də zəngin təbiəti ilə diqqət çəkir."
Qeyd edək ki, geniş müsahibə bu gün 18:00-da Trend Beynəlxalq İnformasiya Agentliyində və ARB24 kanalında yayımlanacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar