Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevi təbrik etdi

Tarix: 21-05-2026 17:34     Baxış: 2149 A- / A+
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Manevr.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının mətanətini, qətiyyətini və sarsılmaz ruhunu təcəssüm etdirir. Pakistan xalqı böyük ölkənizin tərəqqi, sabitlik və inkişaf yolunda mühüm irəliləyişini mənimlə birlikdə yüksək dəyərləndirir.
Zati-alinizlə və əziz Qardaşımız Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə ötən il Azərbaycanda iştirak etmək şərəfinə nail olduğum Müstəqillik Günü tədbirləri yaddaşımda hər zaman xoş xatirə kimi qalacaq.
Zati-aliləri, Pakistan müdrik rəhbərliyinizlə davamlı şəkildə güclənən və inkişaf edən Azərbaycanla qardaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir. Qardaşlığımız regional sülhə dair ortaq baxışı, qarşılıqlı hörməti və tərəfdaşlığımızın münasibətlərin dərinliyinə uyğun şəkildə inkişafı ilə bağlı istəyimizi əks etdirir.
Əminəm ki, Zati-alinizin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan daha böyük uğurlara və daha yüksək rifaha nail olacaq.
Sizi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Çox yaxın gələcəkdə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Fürsətdən istifadə edərək Zati-alinizi Pakistana rəsmi səfərə dəvətimi bir daha təkrarlayıram. Sizi ölkəmizdə çox səmimi qarşılamaqdan məmnun olardıq.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar