Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Spiker Belarus Nümayəndələr Palatasının sədri ilə görüşüb

Tarix: 19-05-2026 19:20     Baxış: 3161 A- / A+
Spiker Belarus Nümayəndələr Palatasının sədri ilə görüşübBu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Bu səfərin İqor Sergeyenkonun Azərbaycana ilk rəsmi səfəri olduğunu qeyd edən spiker qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də nəzərə çatdırılıb.
Qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Görüşdə vurğulanıb ki, parlamentlərimiz arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına mühüm töhfə verib.
İqor Sergeyenko dünən Prezident İlham Əliyevin WUF13 konfransının açılış mərasimindəki çıxışında şəhərsalma sahəsində mühüm məsələlərə toxunduğunu diqqətə çatdırıb.
Söhbət zamanı İqor Sergeyenko parlamentlərarası əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət və digər məsələlər barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar