Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri şəhid Samir Bayramovun ailəsini ziyarət edib-FOTOLAR

Tarix: 19-03-2026 20:47     Baxış: 376 A- / A+
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının  sədri Həbib Misirov Novruz və Ramazan bayramları münasibətilə Göygöl rayonun Bənövşəli kəndində yaşayan, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Kəlbəcər rayonundan olan Bayramov Samir Elxan oğlunun ailəsini ziyarət edib.

Manevr.az xəbər verir ki, sədr Həbib Misirov bayramlar münasibətilə şəhid ailəsini təbrik edərək, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, eləcə də antiterror əməliyyatları nəticəsində əldə olunan uğurlardan bəhs edərək bildirib ki, Azərbaycanın suverenliyi tam bərpa olunur, üçrəngli bayrağımız artıq bütün ərazilərimizdə qürurla dalğalanır.
Həmçinin qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış proqramına uyğun olaraq Kəlbəcər rayonuna köç prosesi artıq başlayıb.

Şəhidin ailə üzvləri isə onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.  Görüşdə şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq, keçdikləri şərəfli döyüş yolu və tarixi zəfərimizin qazanılması haqqında ətraflı söhbət aparıldı.                                                                                       
Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan Azərbaycan Ordusunun giziri Şəhid  Bayramov Samir Elxan oğlu 1996-cı il avqustun 15-də Göygöl rayonunun Yeni Zod kəndində  anadan olub.  Samir Bayramov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonra dekabrın 2–də nəşi tapılıb. Dekabrın 3-də Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid Bayramov Samir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub.

Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirik.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar