Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI

Tarix: 19-03-2026 20:09     Baxış: 369 A- / A+


Prezident İlham Əliyev Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Manevr.az xəbər verir ki, Fərmana əsasən, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:
Baş nazir 17160 manat
Baş nazirin birinci müavini 15950 manat
Baş nazirin müavini 14850 manat
nazir 13750 manat
digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri 13200 manat
nazirin birinci müavini 12650 manat
nazirin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin birinci müavini 12100 manat
digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin müavini 11550 manat
Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilib:
Bakı şəhəri 13200 manat
Gəncə və Sumqayıt şəhərləri 9900 manat
digər şəhər, rayon və şəhər rayonu üzrə 8800 manat.
Müəyyən edilib ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun nəzərə alınmaqla, bu Fərmanda göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi "0" və ya "5" olmaqla) yuvarlaqlaşdırılır.
Bu Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulur.
Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar