Paşinyan qeyd edib ki, sülhü şübhə altına alanların məqsədi Ermənistanı əyalət kimi saxlamaqdır:
“Onların hamısı Ermənistanın müstəqil olmasının qarşısını alan emissarlardır. Dünən bəzi fotolar gördüm – “güclü sülh” (Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının təhlükəsizlik proqramının adı-red) və ya “bizi bağışla, artsax”. Hamısı sülhü yenidən nəzərdən keçirməyi əhatə edir. Hətta buna cəhd etmək belə müharibəyə səbəb olacaq. Yaxud “Ararat bizimdir, Davidank bizimdir” kimi ifadələr müharibəni yaxınlaşdırır. Onlar dövlətin deyil, forpostun rəhbərliyində olmaqdan faydalanacaqlar. Üstəlik bu, onlar üçün maliyyə baxımından sərfəlidir: milyardlarını başqa ölkələrdə saxlayırlar. Onları bura göndəriblər, əmri yerinə yetirməsələr, əllərindən alacaqlar. Bu milyardlar Rusiyada və Belarusdadır. Onlara deyilib ki, pulunuzu istəyirsinizsə, işləyin. Amma bacarmayacaqlar”.publika.az




































