Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Nikol Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib

Tarix: 11-03-2026 19:21     Baxış: 380 A- / A+


Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan istiqamətində Azərbaycan ərazisindən keçən dəmir yolu daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Manevr.az xəbər verir ki, Paşinyan bunu Avropa parlamentində çıxışı zamanı bəyan edib.
"2025-ci ilin noyabr ayında müstəqillik dövründən bəri ilk dəfə olaraq Azərbaycan ərazisindən, eyni zamanda Gürcüstandan keçməklə Ermənistan Respublikasına qatar çatıb Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin oktyabrında Ermənistan istiqamətində Azərbaycan ərazisindən keçən dəmir yolu daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatı verilmişdi və mən bu qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram", - deyə Ermənistanın Baş naziri bildirib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Bu günə kimi Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox taxıl (320 vaqon), eləcə də 610 ton gübrə (9 vaqon) göndərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar