Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Meksikanın İrandakı səfirliyi Bakıda fəaliyyət göstərəcək

Tarix: 09-03-2026 21:53     Baxış: 355 A- / A+
Meksikanın İrandakı səfirliyi Bakıda fəaliyyət göstərəcək
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir. Bu gün axşam saatlarında Guillermo Alejandro Puente Ordorica Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub.

Səfir media nümayəndələrinə açıqlamasında Azərbaycanın dost ölkə olduğunu bildirib və Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud olduğunu qeyd edib:

"Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə burada yerləşdirək. Buna görə mən və komandam buradayıq. Göründüyü kimi, İranda vəziyyət mürəkkəbdir və bu bizim buraya gəlməyimizin səbəblərindən biridir.

Azərbaycan çox dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən həqiqətən tez-tez Azərbaycana gəlirəm. İran səfirinin vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə, dediyim kimi, komandamla birlikdə Bakıda işləməyə, İrandakı Meksika icmasına dəstək verməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq".

Qeyd edək ki, bundan əvvəl axşam saatlarında Meksikadan olan 7 diplomat və onların ailə üzvləri sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə olunublar. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar