Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək

Tarix: 09-03-2026 21:48     Baxış: 351 A- / A+

Meksikanın İran İslam Respublikasındakı səfirliyi öz fəaliyyətini Bakıda davam etdirəcək.
Manevr.az-ın  verdiyi xəbərə görə, İrandan Azərbaycan sərhədi ilə təxliyə edilən Meksikanın İrandakı səfiri Guillermo Puente Ordorica bildirib ki, səfirlik bundan sonra fəaliyyətini Bakıda davam etdirəcək.Səfir qeyd edib ki, indi Azərbaycana gəlib: 

"Hökumətim mənə göstəriş verib ki, Azərbaycan hökumətinin və Azərbaycanın Meksikadakı səfirliyinin dəstəyi ilə səfirliyimizi burada yerləşdirək. Buna görə mən və komandam buradayıq.Göründüyü kimi, İranda vəziyyət mürəkkəbdir. Azərbaycan dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən tez-tez Azərbaycana gəlirəm. İran səfiri vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə, dediyim kimi, komandamla birlikdə Bakıda işləməyə, İrandakı Meksika icmasına dəstək verməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq".apa


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar