Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədov bu qərara dəyişiklik etdi

Tarix: 06-03-2026 17:15     Baxış: 389 A- / A+


Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.
Manevr.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra Minatəmizləmə Agentliyinin balansında olan nəqliyyat vasitələri üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək.
İndiyə qədər bu siyahıya fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərdiyi xidmətlərin səyyar formada təşkilində istifadə edilən xüsusi təyinatlı avtonəqliyyat vasitələri və avtobuslar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin balansında olan ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən nəqliyyat vasitələri aid olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar