Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər telefon danışığı zamanı Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiya və gərgin təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.
Bütün tərəflərin təmkin nümayiş etdirməsinin, gərginliyi artıracaq addımlardan çəkinilməsinin və mövcud mübahisələrin həlli üçün diplomatik kanallara üstünlük verilməsinin zəruri olduğu vurğulanıb.
Nazirlər beynəlxalq ictimaiyyətin koordinasiyalı səylərinin önəmini qeyd edib, mülki əhalinin və infrastrukturun qorunmasının prioritet məsələ olduğunu vurğulayıblar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Azərbaycanın xarici işlər naziri İraqın Baş nazirinin müavini ilə danışdı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































