Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































