Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama

Tarix: 26-02-2026 10:26     Baxış: 3103 A- / A+
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məlumat yoxdur.

Manevr.az
bildirir ki, bunu "report"un sualına cavab olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə deyib.

Onun sözlərinə görə, WUF13 Azərbaycanın müvafiq qurumları ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə keçirəcəyi tədbirdir:

"Təbii ki, tədbirin özünün formatı var və həmin format kontekstində hansı ölkələrin dəvət olunması nəzərdə tutulubsa, buna uyğun da prosedur həyata keçiriləcək. Eyni zamanda, tədbir çərçivəsində ilk dəfə liderlər sammiti də təşkil olunacaq. Əlbəttə, burada bütün dünya liderləri iştirak etməyəcək. Bu istiqamətdə dəstəyə ehtiyac olan ölkələr dəvət olunub. Ermənistanın WUF13-ə dəvət olunması ilə bağlı məndə məlumat yoxdur".

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar