Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Milli Məclis bələdiyyələrin illik hesabatını qəbul etdi

Tarix: 13-02-2026 12:43     Baxış: 350 A- / A+


Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsini qəbul edib.
Manevr.az xəbər verir ki, məruzə parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Məruzəni təqdim edən ədliyyə nazirinin müavini Toğrul Hüseynov bildirib ki, sənədə əsasən, keçən il Azərbaycanda bələdiyyələrlə bağlı cinayət əlamətləri aşkarlanaraq toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Bildirilib ki, həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-i üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb.
Məruzədə qeyd edilib ki, Ədliyyə Nazirliyi ötən il 3 142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğvi üçün bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verib.
Nəticədə 3 121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
Vurğulanıb ki, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə bələdiyyənin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 protokol isə hazırda məhkəmələrin icraatındadır.
İllik məruzə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar