Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ruben Vardanyanın poeziya söhbətinə Elşən Əzimin münasibəti

Tarix: 12-02-2026 22:34     Baxış: 288 A- / A+
Ruben Vardanyan son sözündə Azərbaycan klassiklərini oxuduğunu deyib. Kimlərin adını çəkib? 
Məhəmməd Füzuli və Hüseyn Cavidin.
Bəlkə bu, yeni bir erməni bicliyidir?
Niyə məhz Füzuli və Cavid?

Füzuli böyük eşqin, bəşər və tanrı eşqinin carçısı idi.
Cavid böyük romantik olmaqla müharibələrə "yox" deyirdi.
Və həm də Cavid eşq səltənətində dini ayrıseçkilik tanımırdı. Timsalı, " Şeyx Sənan" 
Görəsən, "cümlə xəyanətlərə bais olan" Ruben "İblis" i də oxudumu?
Görəsən orda özünü gördümü?
Dəqiq bilirəm, Rubenin olmayan könlünə Füzuli eşqi təsir edə bilməz. Bəlkə də Füzulini oxuyub, üzdən başa düşüb və orda hansısa qadınını görüb türmədə qəhərlənib.
Bəs görəsən, "Padişahi- mülk" qit'əsini oxuyubmu?
Oxuyubsa, "dinari-dirəm rüşvət verib" Qarabağı "fəthi- kişvər qılmaq" istəyən bu məlun anlayıbmı ki, "göstərən saətdə dövrani- fələk bir inqilab, həm özü fani olar, həm ləşkəri, həm kişvəri" ?
Bu bədbəxt Füzulini oxuyanda qanıbmı ki, Ali baş komandanın "hər sözü bir pəhləvandır kim, bulub təyidi həqq, əzm qıldıqda tutar tədric ilə bəhri-bəri".










                                                                  







 Elşən Əzim
 Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar