Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

“Tanrının gözünə görünməyin, Elçin Hüseynbəyli!” — Emil Rasimoğlu yazır...

Tarix: 09-02-2026 12:50     Baxış: 466 A- / A+
Süjetdəki ölüm və ya Sabir Yusifoğlunun üç nöqtələri - Emil Rasimoğlu
Emil Rasimoğlu, şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Bir fərd ki, bir imza ki iradə kasadlığı ucbatından istismara (işğala) məruz qaldı(sa)... və ya özünün istismar olunmasına özü şərait yaratdı(sa), hətta öz istismar (işğal olunmuş) halı ilə bəzən məmnunluq da yaşamağı bacardısa həmin fərd, həmin imza üçün “təzim sindiromu” ictimai müstəvidəki düşüncə tərzinin “ana xəttidir”.

Haqqında söz açacağım Elçin Hüseynbəyli də bu gözəlim məmləkətin məhz həmin o “qandal sevdalı”, mövqeyi “güllələnmiş” fərdlərindən, həmin o imzalarındandır...

İndi də iradəsi əsirlikdə qan ağlayan Hüseynbəyli həzrətləri Yazıçılar Birliyinin qarşıdan gələn qurultayı ilə bağlı mətbuata “təzim sindiromlu” düşüncəsi ilə rabitəsiz şəkildə bildirdiyi münasibətində öncə

“Kimlərin namizədliyini irəli sürəcəyini bilmirəm...” — deyib, sonra isə qayıdır ki,

“AYB-də sədrlik potensialı olan kifayət qədər katib var. Düşünürəm ki, onlardan biri seçiləcək...”.

Adama deməzlərmi, ay gözəlim məmkələtin “itaətkarlığa” öyrəşmiş, öyrəşdirilmiş Elçin Hüseynbəylisi, namizədlərin kim olmasını bilmədiyiniz halda(!) katiblərdən birinin sədr seçiləcəyini necə düşünə bilirsiniz? Katiblərin (də digər üzvlər kimi) hələ əvvəl, namizəd olma mərhələsi var axı...

Digər tərəfdən, deyəsən, iradə kasadlığı ucbatından Anar diktaturasının “fədakarlarından” olan Elçin Hüseynbəyli heç fərqində deyil ki, qurultayda seçki katiblər arasında yox, namizədlər arasında keçirilir...

Bilirsiniz, baxış bucağı “dar ağacı”ndan boylanan Hüseynbəyli həzrətləri niyə belə düşünür? Çünki ictimai məsələlərin fonundakı təfəkkür mexanizmi, düşüncə tərzi zədəlidi, əzmi, mövqeyi qəzalı vəziyyətdədir...

Yeri gəlmişkən onu da deyim ki, Elçin Hüseynbəyli (həm də!) bir dövr sədrlik arzusunda olan şəxsdən zamanla sədrin “arzularını” gerçəkləşdirən şəxsə çevrilən ismlərdəndir...

...Tanrının gözünə görsənməyin, Elçin Hüseynbəyli!

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar