Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma

Tarix: 08-02-2026 19:55     Baxış: 454 A- / A+


Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Əbu-Dabidə keçirilmiş görüşün ruhuna zidd olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edir.
Manevr.az xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda deyilir: "Bu xüsusda, Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun "özünü buraxması barədə qərarı"nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarını hiddətlə qarşılayırıq.
Bu məhkəmə qərarı açıq-aşkar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmişdir. Ermənistan məhkəməsi hansı əsasla, hansı mandatla suveren bir dövlətin daxili işlərinə qarışır?
Qərbi Azərbaycan İcması bu məhkəmə qərarını, həm də bu il parlament seçkilərinin keçiriləcəyi Ermənistanda revanşistlərin sülhə qarşı fəaliyyəti kimi qiymətləndirir.
Əgər Ermənistan məhkəməsi iki xalq arasında sülhə, barışığa töhfə vermək əzmindədirsə, onda biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasını, qəbristanlıqların, məscidlərin dağıdılmasını pisləyən məhkəmə qərarları çıxarmalıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar