Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

AYB-dəki səriştəsizliyin növbəti İFŞASI — Emil Rasimoğlu yazır...

Tarix: 08-02-2026 12:38     Baxış: 2186 A- / A+
Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bugün Anar diktaturası, Yazıçılar Birliyində nizamnamə qaydalarına, sənət meyarına, sənətkar dəyərinə divan tutan Anar sistemi, o sistemin səriştəsiz iş prinsipi özünü hər “addımda” bir daha ortaya qoyur, belə demək mümkünsə, dönə-dönə İFŞA edir!

... DEMƏK, üzvlük haqlarının ödənilməsinə ayrılan BİR AYLIQ müddət başa çatdıqdan SONRA(!) indi də bir AYB-rəsmisi üzünü mətbuata (daha dəqiq desək, modern.az-a) tutub, növbəti qeyri-ciddiliyi ifadə edən acınacaqlı, rabitəsiz “mənzərəni” yaradaraq, qayıdıb deyir Kİ,

“Üzvlük haqqının ödənilməsi yalnız əsas binada aparılır. Ödəniş üçün heç bir onlayn üsul mövcud deyil”.

ƏVVƏLA, adama deməzlərmi, ay gözəlim məmləkətin Anar diktaturasında fikir deqradasiyası yaşayan AYB rəsmisi, ƏVVƏLDƏ DEYİLMƏLİ OLAN SÖZÜ(!), QAYDANI(!), FİKRİ(!) SONDA DEMƏZLƏR!..

Lələ köçüb, otuz şəxs xaric edilib(!), zaman bitib(!)... indi gəlib üzvlük haqqının ödənilməsi “formasından” söz açırsınız. Bu “məqsəd”in, bu “niyyət”in , bu “iş prinsipi”nin (zatən, ünvanı bəllidir), bəs “adı” nədir?

... İNDİ İSƏ GƏLƏK MƏSƏLƏNİN BİR BAŞQA BƏRBAD TƏRƏFİNƏ:

Adamlar bir az da(!) nə etdiklərinin, nə dediklərinin, nə danışdıqlarının fərqində deyillər!..

TƏSƏVVÜR EDİN, bir AYB rəsmisi üzvlük haqqının ödənilməsi üçün (aşağıdakı) elanı (elandakı ödəniş formalarını!) TƏQDİM EDİR(!), digər bir AYB rəsmisi isə mətbuata (həmin elanın inkarında dayanan!) məsuliyyətsiz və əsasını qeyri-ciddilik, rabitəsizlik təşkil edən informasiyalar verir.

ELANDAN DA GÖRÜNDÜYÜ KİMİ Azərbaycan Yazıçılar Birliyinin bütün üzvlərinə (məhz istisnasız şəkildə bütün üzvlərinə!) şamil edilən, bütün üzvlərinin nəzərinə çatdırılan(!) ÖDƏNİŞ QAYDALARI var. Məhz ONLAYN ÖDƏNİŞ FORMASI da həmin qaydaların tərkibinə daxildir...

... Ay gözəlim məmləkətdə Anar diktaturasının mənsubları, HEÇ OLMASA(!) öncə o “əsarətin sistemi”ndə toplaşın, bir araya gəlin... SONRA çıxın mətbuat qarşısına!

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar