Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

“Üzvlük haqqı siyasəti”nin fonunda hansı məqsədlər dayanırdı?

Tarix: 07-02-2026 12:27     Baxış: 3176 A- / A+


Emil Rasimoğlu, şair-publisist,
AYB-nin üzvü



Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti” də uğursuz başa çatdı... və çatmali idi də! O yerdə ki Anar diktaturası, “maraqlara xidmət” AYB-dəki sistemin özülünü, tərkibini, mahiyyətini təşkil edir, başqa necə olmalı idi ki? Zatən, bütün məsələlər öncədən bəlli idi...

Mənsub olduğu qurumu 40 ildir ki öz əsarətində saxlayan, kürsü hərisliyini “ilahi mübarizə”yə çevirən, heç bir nizamnamə qaydaları tanımayan, heç sədri olduğu Birliyin üzvlərinin sayından, varlığından bütünlükdə xəbəri olmayan Anar indi gəlib məgər, AYB-də nizamnamə qaydaları ilə çıxış edəcəkdimi(?!), (idarəçiliyində həmin nizamnamə qaydalarını rəhbər tutacaqdımı?) Təbii ki, yox!.. 

Anar Yazıçılar Birliyinin taleyində 40 ildir ki AYB nizamnaməsinə divan tutan sədr olub... Bugün də o “missiyanı” Çingiz Abdullayevlərlə, Elçin Hüseynbəylilərlə, Rəşad Məcidlərlə, Azər Turanlarla... birgə davam elətdirir.

Bir dəfə də demişdim, (Anar sisteminin sayəsində!) bugün Yazıçılar Birliyində elə “37-ci il”dir. Orada sənətkar dəyəri, sənət meyarları, nizamnamə qaydaları... amansız “sürgündədir”.

... Üzvlük haqqı ödənilməlidirmi?Nizamnaməyə əsasən əlbəttə ödənilməlidir. Bu öz yerində! Məsələ bu deyil ki!..

Bəs Anar və Anar sisteminin “üzvlük haqqı siyasəti”nin fonunda hansı məqsəd(lər) dayanırdı? Sadəcə müəyyən “fəaliyyət görüntüsü” yaratmaq, eyni zamanda, öz səriştəsiz idarəçilikləri ucbatından AYB-yə yığdıqları kütlənin heç olmasa bir qismindən (“üzvlük haqqı siyasəti” ilə) AYB-ni azad etmək və fürsət düşmüşkən, Anarın diktator iş prinsipini qəbul etməyən bir sıra şəxsləri (çox güman ki!) həmin “üzvlük haqqı siyasəti” ilə Birlikdən uzaqlaşdırmaq. Vəssalam!.. Gerçək mahiyyət, məqsəd bu idi. Buna da nə dərəcədə nail ola bildilər, hər nə varsa göz önündədir!

... Bir aylıq var-gəldən sonra bir AYB rəsmisinin bu prosesə birtəhər “nöqtə” qoymaq xatirinə yekunda 

“2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib.”

informasiyası ilə çıxış etməsi bir daha mövcud idarəçiliyin qeyri-ciddiliyini ortaya qoyur. Məntiqlə yanaşsaq, guya 2500 üzvdən üzvlük haqqını ödəməyən cəmisi həmin otuz nəfər oldu. Nə qədər qeyri-ciddi, bərbad, acınacaqlı mənzərə!..

Görün, Yazıçılar Birliyi hansı dərəcədə iflic bir situasiyadadır ki, həmin bu şəxslər (AYB rəsmləri) heç yürütdükləri “üzvlük haqqı siyasəti”nin fonundakı (Anarın səriştəsiz idarəçiliyi ucbatından) AYB-yə toplanan kütlənin heç olmasa bir qismindən AYB-ni azad etmə niyyətilə başladıqları prosesi də uğurla başa vura bilmədilər. Bilirsinizmi niyə? Çünki proses lap əvvəldən — məhz Anarın istefasından, Anar sisteminin AYB-dən uzaqlaşmasından başlamalıdır.

... Gərək Anar(lar) unutmasın ki, bütün diktatorlar sonda tək qalır!


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar