Xəbər lenti
Özbək yazarın Azərbaycanda kitabı çap olundu - Foto
Cahangir NamazovÖzbəkistanlı gənc şair-jurnalist Cahangir Namazovun Azərbaycanda ilk kitabı nəşr olunub.
Manevr.az xəbər verir ki, "Azərbaycan yazıçıları belə deyir" adlı kitabda müəllifin otuz azərbaycanlı qələm adamı ilə ədəbi, bədii və elmi söhbətləri yer allb. Kitab Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının dəstəyi ilə "Mücrü" nəşriyyatında işıq üzü görüb. Kitabın Ön Söz yazarı Sabir Rüstəmxanlı, rəyçisi filologiya elmləri doktoru, ədəbiyyatşünas, şair Təranə Turan Rəhimlidir.
Qeyd edək ki, Cahangir Namazov Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsində və inkişafında əlindən gələni edir və bu yöndə töhfələr verməkdədir. "Azərbaycan yazıçıları belə deyir" kitabı buna bariz nümunədir. Müəllif eyni zamanda hər iki ölkənin ədəbiyyat nümayəndələrinin xarici mətbuatda dərc olunmasını, tanınmasını təmin edir. Eləcə də xarici yazıçı və şairləri bizlərə tanıdır.
Gənc olmasına baxmayaraq, bir çox nailiyyətlər əldə etmiş, uğurlar qazanmış C.Namazov Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Manevr.az olaraq, gənc dostumuz, əməkdaşımız Cahangir Namazovu kitabının dərc olunması münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları və yorulmazlıq arzulayırıq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































