Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Özbək yazarın Azərbaycanda kitabı çap olundu - Foto

Tarix: 07-02-2026 09:23     Baxış: 3101 A- / A+
Cahangir Namazov

Özbəkistanlı gənc şair-jurnalist Cahangir Namazovun Azərbaycanda ilk kitabı nəşr olunub.
Manevr.az xəbər verir ki, "Azərbaycan yazıçıları belə deyir" adlı kitabda müəllifin otuz azərbaycanlı qələm adamı ilə ədəbi, bədii və elmi söhbətləri yer allb. Kitab Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının dəstəyi ilə "Mücrü" nəşriyyatında işıq üzü görüb. Kitabın Ön Söz yazarı Sabir Rüstəmxanlı, rəyçisi filologiya elmləri doktoru, ədəbiyyatşünas, şair Təranə  Turan Rəhimlidir. 
Qeyd edək ki, Cahangir Namazov Özbəkistan-Azərbaycan  ədəbi əlaqələrinin möhkəmlənməsində və inkişafında əlindən gələni edir və bu yöndə töhfələr verməkdədir. "Azərbaycan yazıçıları belə deyir" kitabı buna bariz nümunədir. Müəllif eyni zamanda hər iki ölkənin ədəbiyyat nümayəndələrinin xarici mətbuatda dərc olunmasını, tanınmasını təmin edir. Eləcə də xarici yazıçı və şairləri bizlərə tanıdır.
Gənc olmasına baxmayaraq, bir çox nailiyyətlər əldə etmiş, uğurlar qazanmış C.Namazov Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

Manevr.az olaraq, gənc dostumuz, əməkdaşımız Cahangir Namazovu kitabının dərc olunması münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları və yorulmazlıq arzulayırıq.

Sevinc QƏRİB




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar