Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Üzvlük haqqını əsas binada şəxsən ödəməlisiniz  – AYB-dən XƏBƏRDARLIQ

Tarix: 06-02-2026 18:13     Baxış: 358 A- / A+
Üzvlük haqqını əsas binada şəxsən ödəməlisiniz – AYB-dən XƏBƏRDARLIQ
Azərbaycan Yazıçılar Birliyindən üzvlük üçün ödəniş edilməsi qaydası haqda açıqlama verilib.
Manevr.az-ın xəbərinə görə, Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rza modern.az-a açıqlamasında bildirib ki, təşkilata üzlük haqqının ödənilməsi üçün hər bir üzv Yazıçılar Birliyinə - mühasibatlıq şöbəsinə getməlidir:
"Yazıçılar Birliyinin Bakıda bəzi yerlərində bölmələri var. Lakin üzvlük haqqının ödənilməsi yalnız əsas binada aparılır. Ödəniş üçün heç bir onlayn üsul mövcud deyil".
Təşkilatdan bildirilib ki, yalnız uzaq rayonlarda yaşayan yazıçılara güzəşt edilir. Onlar pul köçürməsi edə bilirlər:
"Onlayn ödəniş sisteminin tətbiqi nəzərdə tutulmayıb".
Birlikdən bildirildi ki, üzvlük haqqı ödəməyənlərin kənarlaşdırılması prosesi davam edəcək:
"Növbəti mərhələnin nə zaman olacağı katibliyin qərarından asılıdır. 2027-ci ildə Yazıçılar Birliyinin qurultayı olacaq. Ona qədər, hər halda, ödəniş etməyənlər kənarlaşdırılacaq. Çünki biz qurultay öncəsi siyahını müəyyən etməli və dəqiq sayı bilməliyik". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar