Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Epşteyn Bakıya səfər edib? - Sənədlərdə Azərbaycanla bağlı bütün detallar

Tarix: 06-02-2026 09:37     Baxış: 351 A- / A+

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan 3 milyondan çox səhifə, 2 min video və 180 min fotodan ibarət sənədlər arasında axtarış aparmaq çətin deyil. Müvafiq linkə (https://www.justice.gov/epstein) daxil olmaqla istənilən ölkənin və şəxsin adını axtarış yerinə yazaraq, nəticələri görmək mümkündür.

Azərbaycan adının axtarışı zamanı 186 nəticə çıxır. Lakin dəqiq nəticə bu rəqəmdən azdır, çünki bir sıra elektron məktub və materiallar təkrarlanır. Azərbaycanla bağlı materialları iki kateqoriyaya ayırmaq olar: şəxsi yazışmalar və siyasi məlumatlar/ hadisələrin analizi;

Sənədlərdən görünür ki, Epşteyn geosiyasi proseslərlə bağlı açıq mənbələrdə yayılan analitik materialları və məlumatları fayl şəkilində sistemləşdirərək, toplayıb, eləcə də bu, materialları müxtəlif ünvanlara göndərib. Bu, Epşteynin təkcə elit təqəbə üçün azyaşlı uşaqların istismar edildiyi əyləncə məclisləri təşkil etmədiyini, eyni zamanda, siyasi proseslərlə yaxından maraqlandığını göstərir. Azərbaycanın adı sənədlərdə əsasən bu kimi analitik materiallarda yer alır.

Şəxsi yazışmalarda isə Azərbaycanın adı cəmi bir neçə dəfə çəkilir.

- 2011-ci ilə aid olan məktubda “Sultan bin Sulayem” Epşteynə Bakının gözəl şəhər olduğundan bəhs edir. Avqust ayında olan yazışmalarda Epşteyn Bakıya birbaşa uçuşun olub-olmadığını soruşur, lakin səfərlə bağlı heç bir qeyd yoxdur.

- 2015-ci ilə aid yazışmada “Sultan bin Sulayem” Epşteynə Bakının fotolarını göndərib, Parisdən daha gözəl şəhər olduğunu yazıb. Məlum olur ki, “Sultan bin Sulayem” sentyabrda Bakıda olub.
“Sultan bin Sulayem”in kimliyi məlum deyil. Epşteyn onun Bakıya səfər təklifi ilə maraqlansa da, yekunda bunu etməyib.
- 2014-cü ilə aid məktubda Epşteynin qardaşı Mark Konqres üzvlərinin Bakıya səfər proqramından bəhs edir. Səfər proqramında müəyyən problemlərin olduğu görünür. Qardaşı Epşteyndən soruşur ki, “tanıdıqları varsa, bu səfər proqramına dəstək vermək sərfəli ola bilər”.

- İsrailin keçmiş baş naziri və müdafiə naziri Ehud Barakın həyat yoldaşı Nili Priellə Eşpteynin 2016-cı ilə aid yazışmasında Azərbaycanın adı çəkilir. N.Prielli yazır ki, “Ehud səninlə danışmaq istəyir. Nə vaxt və harada? Ehud hazırda Azərbaycandadır”.

Sənədlərdə Epşteynin Azərbaycana səfər etdiyi, yaxud konkret şəxslərlə birbaşa əlaqəsinin olduğuna dair heç bir məlumat yer almayıb.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar