Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Fəzail Ağamalı: Kim deyirsə ki, qızıma partiyanı cehiz vermişəm...

Tarix: 04-02-2026 14:51     Baxış: 3101 A- / A+
Fəzail Ağamalı: Kim deyirsə ki, qızıma partiyanı cehiz vermişəm...
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib. Bu barədə partiyanın sabiq sədri, keçmiş deputat Fəzail Ağamalı məlumat verib. 


Qeyd edək ki, sədr seçkisi ilkin mərhələdə müəyyən mübahisələr və qalmaqallarla müşayiət olunsa da, proses sonda Günay Ağamalının qələbəsi ilə yekunlaşıb.

Bəzi iddialara görə, Fəzail Ağamalı partiya rəhbərliyini qızına "cehiz” kimi verib. Bununla bağlı Demokrat.az partiyanın sabiq sədri, keçmiş deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, Ana Vətən Partiyasında 130 nəfər Günay Ağamalıya səs verərək onu sədr seçib:

"Kim deyirsə ki, qızıma partiyanı cehiz vermişəm, bu, doğru deyil. Bu fikirlər 130 nəfərin verdiyi səsi heçə saymaq, həmin insanlara hörmətsizlik etmək deməkdir. Bu, onların mövqeyini alçaltmaqdır. Bu məsələ məni çox əsəbləşdirir. Bu siyasət deyil, dedi-qodudur. Bu iddiaları ortaya atanlar bunu boş-bekarlıqdan edirlər”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar