Xəbər lenti
YER– HAMININ VƏTƏNİDİR!

Albaniyalı şair və yazıçı.
"Kryefjala" jurnalının baş redaktoru.
Ağıllı, dözümlü, başqalarının mövcudluğunu anlayıb qəbul edən insanlar üçün bu Yer – hamının Vətənidir! Bu gün – parçalanmaların və müharibələrin həyatı təhdid etdiyi, Şərin bütün dünyaya kök saldığı kritik bir məqamda, insanlar qeyri-müəyyən gələcəyin fərqində olmalı, həyəcan siqnalı verməli və Şərə qarşı birləşməlidirlər.
Bu mübarizədə yazıçılar və sənətçilər əsas rol oynamalıdırlar ki, qələmləri və bilikləri ilə insanlığın oyanış prosesini sürətləndirsinlər. Danışdığımız bu məsələyə nə qədər çox önəm və həssaslıq göstərsək, yaxın gələcəkdə Yer kürəsinin sağlamlığı, insan həyatının – bizim və övladlarımızın – təminatı üçün bir o qədər vacib olacaq. Əks təqdirdə isə, çox gec olacaq və fəlakət qaçınılmazdır.
Sual budur: İnsanlar həyatın əvəzolunmaz dəyərlərinin daha çox fərqində ola biləcəklərmi? Anlaya biləcəyikmi ki, həyat bizim idarəmizdədir, biz onu gözəlləşdirən və ya firavan edən məhz özümüzük – davranışlarımızla, əməllərimizlə, fədakarlığımız, həmrəyliyimiz, hörmət və başqalarına – xüsusilə də bu dünyanı bizimlə paylaşan zəif canlılara – qarşı mərhəmətimizlə? Heç düşünmüsünüzmü, hər səhər günəş doğmadan oyanmaq, onu bir nəhəng buludun udduğunu görmək nə qədər kədərli olar? Lakin ondan da dəhşətlisi nüvə silahıdır – çünki o, təkcə günəşi yox etmir, həm də partlayışdan əvvəl, partlayış zamanı və sonra olan hər şeyi məhv edir; yüzlərlə kvadrat kilometr əraziyi Ölüm və xaosun imperiyasına təslim edir.
Dünya nə qədər kədərli olar əgər bir səhər oyansaq və qonşularımızı, onların uşaqlarının səslərini, gülümsəyərək verilən “sabahın xeyir” sözünü və sülh içində yaşamaq dəvətini tapa bilməsək...
Eyni dərəcədə qorxunc və üzücü olar əgər göy quşların qanadları ilə artıq kəsişməsə, ağaclar qurusa, çayların suyu sonsuz dənizə olan axınını dayandırsa...
İllər öncə yazdığım və bu gün də aktuallığını qoruyan bir esse vardı:
“Biz heç vaxt səhvlərimizdən və uğursuzluqlarımızdan öyrənə bilmirikmi? Nə üçün daha şüurlu, daha mərhəmətli ola bilmirik – nə başqalarına, nə də özümüzə?”
Bu, yarım bir dünyanın yarımçıq üzüdür. Qalan hissə – həqiqət – suyun altında qalmış aysberq kimidir – qaranlığa bürünmüşdür. Bu, uzun müddət sağalmağa ehtiyacı olan xəstə bir dünyadır.
Dünya vahiməli hala gəlib – ya sonsuz meşədə vəhşi heyvanlar arasında olsan, ya da insan meşəsinin ortasında – nəhəng şəhərlərin, yolların, göydələnlərin, fabriklərin, reklamların və milyonlarla işığın arasında...
Mən hələ də hava olan, təbii qalan bir dünya axtarıram – lakin tapa bilmirəm.
İnsan alçaldılmadığı, özünü zəif və önəmsiz hiss etmədiyi bir dünya arzulayıram – orada xaos və çaşqınlıq insanı udmur. Maşınlar insanın yerinə iş görmür və insan da robota və kalkulyatora çevrilmir. Sevgi sadəcə lüğətdə uydurulmuş bir söz deyil – gerçək olur. Həyat isə bir qəfəsə çevrilmir, hər yerdə divarlarla toqquşduğun bir zindan olmur – əksinə, azad qaçdığın bir işıqlı düzən olur, daşıdığın enerjilər heç kəsə zərər vermir, yalnız gərəkli olanla yaşamağı öyrənirsən və xəstə, müvəqqəti eqonu doyurmaq üçün dünyanın tarazlığını pozmağa, zərər verməyə ehtiyac duymursan.
Gəlin, həyatın gözlərinin içinə baxaq – bu, olmalı olduğu kimi deyil!
Qəzəbli uşaqları deyil, bombaların qətl etdiyi minlərlə körpənin taleyini görməli və duymalıyıq – çox vaxt pul və güc sahibi olan dəli hökmdarların kaprizləri naminə. O anaları görməliyik – gündəlik çörəyi özünə və övladlarına təmin edə bilməyənləri – və onlara yardım etməliyik. Qadınlara, yaşlılara və günahsız insanlara qarşı zorakılığı görməliyik – və lazımi anda əlimizi uzadaraq sülh və ümid bəxş etməliyik.
Biz bu dünyanın bütün bəlalarını ruh gözümüzlə görməli və onları səsimizin və qələmimizin gücü, ağlın və tərəqqinin qüvvəsi ilə, yaxşılıq və həyatın davamı naminə önləməliyik.

Tərcümə: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar