Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentliyə namizəd olan azərbaycanlı kimdir?

Tarix: 10-06-2024 11:04     Baxış: 3144 A- / A+

İranda növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürən və Konstitusiya Keşikçiləri Şurasının 80 namizəd içərisindən təsdiqlədiyi 6 şəxsdən biri olan azərbaycanlı Məsud Pezeşkian başqa hökumət nümayəndələri və prezidentliyə namizəd olan siyasətçilər ilə müqayisədə daha müsbət imicə sahib şəxs sayılır.

Manevr.az xəbər verir ki, Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində anadan olub.

O, orta məktəbi doğma şəhərində oxuyub, sonra Urmiya Kənd Təsərrüfatı Kollecində qida sənayesi üzrə təhsil alıb.

1973-cü ildə Sistan və Bəlucistan əyalətində hərbi xidmətdə olan azərbaycanlı siyasətçi 1975-ci ildə eksperimental elmlər sahəsində yenidən təhsilə başlayıb. 1976-cı ildə isə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirərək, Tibb Universitetində fiziologiya müəllimi kimi dərs deyib.

1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisasını başa vurub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisas alaraq, Təbrizin Şəhid Mədəni Ürək Xəstəxanasında işə başlayıb, sonra həmin xəstəxananın rəisi olub.

O, Məhəmməd Xatəminin prezidentliyi dövründə səhiyyə nazirinin müavini, səhiyyə naziri vəzifəsində çalışıb.

Məsud Pezeşkian İranın 8, 9, 10, 11 və bu il keçirilən 12-ci dövr parlament seçkilərində qalib gəlib, Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkili olub.

Azərbaycanlı siyasətçi müxtəlif dövrlərdə İran parlamentinin Səhiyyə Komissiyasının üzvü, rəhbəri və parlament sədrinin birinci müavini vəzifələrini yerinə yetirib.

2013 və 2021-ci illərdə prezident seçkilərində qeydiyyatdan keçən Məsud Pezeşkian son anda namizədliyini geri götürüb.


M.Pezeşkian ailəli olub, 4 övladı var, həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, bir daha evlənməyib.

İslahatçı siyasi cərəyana mənsub olan Təbrizin İran parlamentindəki millət vəkili mühafizəkar siyasi cərəyan üzvləri arasında da nüfuza sahibdir. Uzun illər hakimiyyətdə təmsil olunmasına, yüksək vəzifələr tutmasına baxmayaraq, adı repressiya və korrupsiya əməllərində hallanmayıb.

Bu səbəbdən də 14-cü dövr prezident seçkilərində namizədliyini irəli sürən digər 5 namizədlə müqayisədə qalib gəlmə şansı yüksək qiymətləndirilir.

Məsud Pezeşkian İranda yaşayan qeyri-farslar, xüsusən azərbaycanlılar arasında milli hüquq və ana dili sahəsindəki çıxış və tələblərinə görə təqdir olunan azsaylı, bəlkə də yeganə siyasətçidir. Buna görə də namizədliyini irəli sürdüyü andan başlayaraq radikal fars miliyyətçilərinin hədəfinə çevrilib, separatizm və pantürkizmi dəstəkləməkdə günahlandırılıb.

Azərbaycanlı siyasətçi eyni halda hakimiyyətdə təmsil olunmasına rəğmən hakimiyyəti ən çox tənqid edən şəxs kimi də tanınır. O, hakimiyyətin daxili siyasətlə yanaşı, xarici, beynəlxalq siyasətinin də yanlış olduğunu deyir, qonşularla, xüsusən Azərbaycan Respublikası ilə münasibətlərə yenidən baxılmasını tələb edir.

Qarabağın işğalda olması və İkinci Qarabağ müharibəsi dövründə ədalətli mövqeyinə görə bəzi radikal fars milliyyətçiləri və cərəyanlarının təzyiqləri ilə qarşılaşıb. Hakimiyyətə müxalif cərəyanlar və təşkilatlar Pezeşkianın namizədliyinin təsdiq olunmasını mövcud rejimin azərbaycanlı siyasətçinin nüfuzundan istifadə edərək, vətəndaşları seçkilərə cəlb etmək imkanı ilə əlaqələndirirlər.

Bir çox ekspertlərin fikrincə, son dərəcədə məntiqli və yetkin siyasətçi olan Məsud Pezeşkian hazırkı ağır dönəmdə Tehran rejiminin vəziyyətdən çıxması üçün ən ideal seçimdir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar