Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Tarix: 28-11-2023 10:46     Baxış: 3144 A- / A+
Azərbaycanda istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi müəyyənləşib.
Manevr.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilir:
1.1. dərman vasitəsinin latın qrafikasında əmtəə nişanı adı;
1.2. dərman vasitəsinin ingilis dilində beynəlxalq patentləşdirilməmiş adı;
1.3. dərman vasitəsinin təsiredici maddəsinin dozası;
1.4. dərman vasitəsinin farmasevtik forması;
1.5. dərman vasitəsinin ticarət qablaşdırılması;
1.6. dərman vasitəsinin qablaşdırılma miqdarı;
1.7. dərman vasitəsinin orijinal və ya generik olması;
1.8. dərman vasitəsinin reseptlə və ya reseptsiz buraxılması;
1.9. dərman vasitəsinin qlobal identifikasiya nömrəsi (olduğu
halda);
1.10. dərman vasitəsinin dövlət reyestrinə daxil edildiyi tarix və
reyestr nömrəsi (olduğu halda);
1.11. dərman vasitəsinin istehsal həcmi;
1.12. dərman vasitəsinin yararlılıq müddəti;
1.13. dərman vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət
reyestrindəki adı;
1.14. dərman vasitəsinin istehsalçısının VÖEN-i.
2. Azərbaycan Respublikasında istehsal olunan dərman maddələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi
aşağıdakı kimi müəyyən edilsin:
2.1. dərman maddəsinin beynəlxalq patentləşdirilməmiş adı;
2.2. dərman maddəsinin qablaşdırılması;
2.3. dərman maddəsinin yararlılıq müddəti;
2.4. dərman maddəsinin istehsal həcmi;
2.5. dərman maddəsinin istehsalçısının hüquqi şəxslərin dövlət
reyestrindəki adı;
2.6. dərman maddəsinin istehsalçısının VÖEN-i.
3. Azərbaycan Respublikasında istehsal olunan tibb vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi
aşağıdakı kimi müəyyən edilsin:
3.1. tibb vasitəsinin əmtəə nişanının adı;
3.2. tibb vasitəsinin risk dərəcəsi;
3.3. tibb vasitəsinin növü və qablaşdırılması;
3.4. tibb vasitəsinin istifadə forması;
3.5. tibb vasitəsinin tərkibində dərman vasitəsi olduqda bu
dərman vasitəsinin təsiredici maddəsi və dozası barədə məlumatlar;
3.6. tibb vasitəsinin yararlılıq müddəti;
3.7. tibb vasitəsinin istehsal həcmi;
3.8. tibb vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət
reyestrindəki adı;
3.9. tibb vasitəsinin istehsalçısının VÖEN-i.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar