Xəbər lenti
erməni alçaqlığının iyrənc nümunəsi - Ötərxan ELTAC yazır

(zaman özü tüpürəcək onların sifətinə)
Qarı düşmənin torpaq iddialarından qaynaqlanan, əvvəlcə şər-böhtanla top atəşinə tutan sonra himayədarlarının gücünə arxalanaraq ərazilərin zəbtinə çalışan bu alçaq toplumun (1-ci Qarabağ savaşında) 1-ci Vətən Müharibəsində bölgədə yaşayan yerli əhaliyə tutduğu divan heç zaman unudulmayacaq. Xocalıda, Qaradağlıda, Ağdabanda, Meşəlidə, Başlıbeldə, Ballıqayada baş verən dəhşətli qətliamların – başının dərisi soyulmuş, divara mıxlanmış körpələrin, anasının gözü qarşısında boynuna kəndir keçirilərək boğulub öldürülən, əl-qolu kəsilən günahsız oğulların, sinəsinə dağ çəkilən anaların, xınalı barmaqları kəsilən nişanlı qızların, döşləri xəncərlə doğranan yeniyetmə qızların, qarnı yarılararaq küçüklə doldurulan hamilə qadınların, başı kəsilərək futbol topu kimi istifadə edilən yenilməz oğulların və gözləri oyulan ataların qisası alınsa belə, mənfur düşmənə bu torpaq üzərində gəzmək, yaşamaq haqqı verilməməlidir. Ulu peyğəmbərimiz demişkən: “Vətəni sevmək imandandır”. İmanı və inamı olan hər kəs yəqin etməlidir ki, əzəli və əbədi düşmənimiz olan hay toplumundan dost ola bilməz. 1905-07, 1918-20-ci illəri xatırlamaq yetərlidir ki, yüz minlərlə silahsız əhalini soyqırıma məruz qoymaqla yanaşı, soydaşlarımızı isti ocağından – ata-baba yurdundan didərgin salıb geniş ərazidə Ermənistan adlı bir dövlətin necə qurulduğunu unutmayaq. O zaman tarixi abidələrimizi, məscid və ziyarətgahlarımızı, ata-babalarımızın ruhları dolaşan məzarlıqlarımızı viran edərək yer üzündən sildilər. Qəsr və qalaları gülləbaran edərək, sanki daşdan, divardan hayıf çıxmağa çalışdılar.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar