Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərişıq” 6-cı ildir verdiyi texniki şərti icra etmir

Tarix: 14-05-2022 18:27     Baxış: 4508 A- / A+





Qarabağ qazisindən sonradan qəbul edilən ödənişlər tələb edilir 
Energetika Nazirliyinə ehtiyac var? 

Bakının Sabunçu rayonu, Ləiş sahəsindən artıq 31 ildir icarəmə verilən bağdan hələ də yararlanmağa imkan verilmir. Rayon icra hakimiyyəti BAĞ – HƏYƏT torpağını qoyub,  (QARA)BAĞ – HƏYAT torpağının müdafiəsinə qalxan  1-ci dərəcəli Qarabağ qazisinə öz bağına girməyə “torpaqbasdı” haqqı” tələb edir, su, qaz, işıq idarələri “texniki şərt haqqı”. “Azərişıq” ASC , digər iki qurumdan fərqli olaraq, 8 aylıq müraciətlərdən sonra 03.04.2017-ci il tarixli TMX-17/0375 saylı texniki şərt versə də, 6-cı ildir verdiyi texniki şərti icra etməkdən imtina edir. İmtinanı “elektrik şəbəkəsinin müasir texnologiya tətbiq etməklə dünya standartlarına uyğun yenidən qurulması” və bu “səbəbdən” “Azərişıq” ASC -nin hazırladığı layihə -smeta sənədləri əsasında ELEKTRİK ŞƏBƏKƏSİNƏ QOŞULMA İLƏ BAĞLI QURAŞDIRMA İŞLƏRİNİN İSTEHLAKÇILARIN VƏSAİTİ HESABINA YERİNƏ YETİRİLƏCƏYİNİ izah edən texniki direktor Z.M. Quliyev nə Konstitusiyaya, nə “Elektroenergetika haqqında” qanuna, nə NK qərarlarına sayğı-HÖRMƏT  göstərib. Əksinə, 1-ci dərəcəli Qarabağ qazisindən texniki şərtin verilməsinə 201,72 manatlıq “qayğı”-HÖRMƏT gözləyib. Bu HÖRMƏTin vacibliyini “Azərişıq” ASC -nin perspektiv inkişaf və “ASAN Xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli  , “Azərişıq”ın sədr müavini Vüqar Əhmədov (2020-ci ildən  sədrdir-red. ) illərlə təkrar ediblər. Energetika Nazirliyinə  Natiq Əliyevin başçılıq etdiyi dövrdə aparat rəhbəri İftixar Piriyev və digər dövlət qulluqçuları “Azərişıq” ASC -yə görəvini RÜŞVƏT -HÖRMƏT gözləmədən icra etməyə məktublar, göstərişlər versələr də, işıq məmurları “dedığım dedığdır” deyib durublar. Nazirin dünyasını dəyişməsi ilə Energetika Nazirliyində qaydalar da dəyişib və istehlakçılardan texniki şərtə görə ödəniş tələb edilməsinin qanuni olduğu bildirilib. 
Qanunu başa salanda isə 2018-ci ildə qəbul edilən, daha doğrusu, işıq dəllallarının NK vasitəsilə əhaliyə sırıdığı “qoşulma haqqı” işə salınıb”. Təsəvvür edin, 2016-cı ildəki  ərizə əsasında 2017-ci ildə texniki şərt verilib və bir il sonra 2018-ci ildə qəbul edilən qərar geriyə tətbiq edilir! Özü də qoşulma haqqının kimsə özünə ayrıca xətt çəkəndə tutulmasından da, Qarabağ əlillərinin istənilən halda bu haqdan azad edilməsindən də danışan yoxdur. Özbaşınalıq o həddədir ki, budaqlanma yolu ilə 7 kvT gücü olan beş metrdəki  xətdən 8 kvT gücündə  (?) xətt çəkmək üçün 1-ci dərəcəli Qarabağ qazisindən  ƏDV ilə birlikdə  201, 72 manat “şərt haqqı”  tələb edilir ! 7 bəyəm 8-dən böyükdür? 
“Azərişıq” məmurları 201, 72 manatı layihə - smeta sənədlərinin hazırlanması, elektrik -quraşdırma işlərinin görülməsi, lazım olan dayaqlardan, naqillərdən, xətt armaturlarından, maşın – mexanizmlərdən istifadə üçün nəzərdə tutulan işlərin dəyəri kimi hesablayıb. Smetanı tərtib edən layihə - smeta idarəsinin aparıcı mühəndisi R. Kazımov 2 ədəd  kontakt sıxacların quraşdırılmasını 11,56 manat, eyni miqdarda anker dartıcı sıxacların quraşdırılmasını 8, 94 manat, bir ədəd abonent dayağını 22, 92 manat, BİRFAZLI SAYĞAC QUTUSUNUN QURAŞDIRILMASINI 35, 14 MANAT (heç demə sayğac qutusu pullu olmaqla sayğacın özündən baha imiş! – M . B. ), birfazlı avtomat quraşdırılmasını 6,60 manat, SAYĞACa xəttin çəkilməsini 29,52 manat, SKOBA, BETON MİSMARI quraşdırılmasını 0.80 və 0.47 manat -toplam 115, 95 manat dəyərləndirib və 55 manat da işin icrası üçün layihə və maşın – mexanizm xərcləri əlavə edərək smeta dəyərini 170, 95 manat , 18 faiz ƏDV ilə birlikdə 201,72 manat hesablayıb. BÜTÜN BUNLAR BEŞ METRLİK MƏSAFƏDƏN SAYĞAC QURAŞDIRILMASINA ÇƏKİLƏN “DÜNYA STANDARTINA UYĞUN” XƏRCLƏRDİR! “Elektroenergetika haqqında” 03.04.1998-ci il tarixli  Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində,  NK-nın 02.02.2005 tarixli “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9 bəndində isə FİZİKİ ŞƏXS olan istehlakçıların SAYĞACLARLA TƏCHİZ EDİLMƏSİNİN, QURAŞDIRILMASININ və dəyişdirilməsinin ENERJİ TƏCHİZATI MÜƏSSİSƏSİNİN HESABINA həyata keçirilməsi doğrulanıb. NK-nın 27.08.2013 tarixli “İstehlakçıların elektrik enerjisi  (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması QAYDALARI”nın 1.9-cu bəndində ,1.2.1 bəndinə əsasən , layihənin hazırlanması və mühəndis -texniki işlərin parametrlərini əks etdirən  texniki şərtlərin hazırlanmasına haqq ödənilmədiyi qərara alınıb. Bəs bu yekəlikdə “Azərişıq” ,”Azərenerji” , Energetika Nazirliyi niyə qanun- qaydalara ,  Konstitusiyaya yox, yazılmamış qaydalara əməl edir? Konstitusiyanın 73-cü maddəsinin ll hissəsində heç kəsin qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilən  həcmdən əlavə vergiləri və digər dövlət ödənişlərini ödəməyə məcbur ediləbilməzliyi doğrulanıb. Bəs niyə 1-ci dərəcəli Qarabağ qazisindən və eləcə də bütün enerji istehlakçılarından qanunda nəzərdə tutulmayan ödənişlər tələb edilir? Bu kobud insan, istehlakçı hüquqlarının pozulmasına Ombudsman, İqtisadiyyat Nazirliyi, hüquq mühafizə orqanları niyə susur? 
Energetika Nazirliyinin açıq – aşkar işinin öhdəsindən gəlmədiyi, hətta Konstitusiyanı “cibinə uyğunlaşdırmasını” verdiyi cavablar ortaya qoyur. Nazirliyin enerji tənzimləmə və monitorinq departamentinin direktoru (Pərviz Əliyev) 25.01.2019-cu il tarixli 23/14-1-161 saylı NK Aparatının rəhbərinin dərkənarı ilə  İqtisadiyyat Nazirliyinin 14.12.2018 tarixli İN-X/Q-15039/2018 saylı məktubu ilə Energetika Nazirliyinə təqdim edilmiş müraciətə,  görün necə antikonstitusion cavab verib : “2017-ci ilin aprel ayında “Azərişıq” ASC -dən texniki şərt alındıqdan SONRA qanunvericiliklə müəyyən edilmiş və texniki şərtdə göstərilən qoşulmaya dair tədbirlərin yerinə yetirilməsi üzrə bir sıra öhdəliklərin İCRA EDİLMƏSİ VƏZİFƏSİ sifarişçinin üzərinə qoyulmuşdur”. Fikir verin, Energetika Nazirliyi 2017-ci ildə verilən texniki şərtin icrasından imtinanı bir il SONRA qəbul edilən “qanunvericiliklə” əsaslandırıb, icranı istehlakçı Qarabağ qazisinin üzərinə qoyur! (?) Bir daha anladırıq ki, müharibə əlilləri  və ümumiyyətlə əlillər sosial infrastrukturla dövlət hesabına təmin olunurlar; qoşulma haqqı yalnız kimsə özünə ayrıca xətt çəkəndə tutulur və ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun -Konstitusiyanın 149 -cu maddəsinin Vll hissəsində doğrulanıb :” Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini YAXŞILAŞDIRAN, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi GERİYƏ ŞAMİL EDİLİR. BAŞQA NORMATİV HÜQUQİ AKTLARIN QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLMİR. “
Sonda bir məsələni də vurğulayaq,  qoşulma haqqı və s. məişət abonentlərinin hüquqlarını pozan və düzgün izah və tətbiq edilməyən aktlar niyə yalnız işıq xidmətinin “cibinə” uyğunlaşdırılır ? Bəs istehlakçıların bu inhisarçılıqdan, haqsız rəqabətdən qorunması nəzərdə tutulmur? Fikrimizcə, enerji istehlakçılarının hüquqlarının qorunması, əvvəlki kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tapşırılmalıdır. Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə qalsa, istehlakçılar gələn yüzilin “dünya standartlarına uyğun” haqq ödəməyə məhkum ediləcək və işıqsız , enerjisiz qalacaqlar. Ümumiyyətlə, Energetika Nazirliyinə ehtiyac var? “Azərenerji”yə necə? Dövlət  büdcəsini şəxsi cibləri ilə dəyişik salan  enerji qurumları nəyə gərəkdir? 

Məğrur Bədəlsoy



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar